Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-203/2020 15.09.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X3 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Gədəbəy rayonu, Düzrəsullu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Gədəbəy rayonu, Düzrəsullu kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Gədəbəy rayon Polis şöbəsinin Yeni Saratovka polis bölməsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gədəbəy rayonu, Düzrəsullu kənd sakini Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə, saat 23.50 radələrində yaşadığı evdə yaranmış ailə münaqişəsi zamanı atası X1 Azərbaycan Respublikası DİN-in “102” xidməti-zəng mərkəzinə verdiyi məlumat əsasında Gədəbəy rayon Polis şöbəsinin Yeni Saratovka polis bölməsinin əməkdaşları həmin ünvanda olan zaman sərxoş halda küçəyə çıxaraq ünvanlı-ünvansız nalayiq söyüşlər söyərkən onu onu nizam-intizama dəvət polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Şəxs İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə onun barəsində inzibati protokol tərtib edilmiş və toplanmış material protokolla birlikdə baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, o, xx.xx.1967-ci il tarixdə Gədəbəy rayonu, Düzrəsullu kəndində doğulmuş, hazırda həmin kənddə qeydiyyatdadır. xx xxxxxxxx 2020-ci ildə yaşadığı evdə yeyib spirtli içki qəbul etdikdən sonra ailədə baş vermiş, həmin vaxt atası polisə məlumat vermişdir. Polis əməkdaşları onların yaşadığı ünvana gəlmiş və izahat alarkən o sərxoş olduğundan polis əməkdaşlarına əsəbiləşib çölə çıxmış və polis əməkdaşlarına nə üçün gəldiklərini, niyə izahatı polis bölməsində almadıqlarını bildirib ünvanlı-ünvansız söyüşlər söyərək səs-küy salmışdır. Polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də, sərxoş olduğundan onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. O, faktiki olaraq xx xxxxxxxx 2020-ci il tarixdə, saat 02.20 radələrində tutularaq Gədəbəy rayon Polis şöbəsinin Yeni Saratovka polis bölməsində saxlanılmışdır. Əməlindən səmimi peşmançılıq çəkir. Bir də belə hərəkətlərə yol verməyəcəkdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs müdafiəçisi Vəkil məhkəmə iclasında izahat verərək bildirdi ki, inzibati xəta törətmiş şəxs Şəxs təqsirini səmimi etiraf edir. Ona görə də onun barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Şahid X4 məhkəmə iclasında izahat verərək bildirdi ki, o, Gədəbəy rayon Polis şöbəsinin Yeni Saratovka polis bölməsində polis nəfəri vəzifəsində işləyir. ZaminCəfərovu tanımır, onunla əvvəllər aralarında hər hansı bir ədavət və düşmənçiliyi olmamışdır. xx.xx.2020-ci il tarixdə Yeni Saratovka PB-nin inzibati binasında xidmətdə olarkən həmin gün saat 23:25 radələrində Gədəbəy rayonu, Düzrəsullu kəndində yaşayan X1 DİN-in “102” xidməti-zəng mərkəzinə "oğlu Şəxs evdə münaqişə yaratması" barədə verdiyi məlumatla bağlı əməliyyat-istintaq qrupu ilə birlikdə göstərilən ünvana rayonun Düzrəsullu kəndinə getmişdir. Orada Şəxs içkili vəziyyətdə mübahisələrinin olduğunu, hətta nalayiq söyüşlər söydüyünü görüb Şəxs sakitləşdirməyə, eyni zamanda onlarla polis bölməsinə getməyə çalışmışlar. Şəxs bu zaman: "Mən nə əsasa polis bölməsinə getməliyəm, siz kimsiniz gəlibsiniz, mən heç bir yerə getmirəm" – deyib ünvanlı-ünvansız nalayiq ifadələr söyməyə başlamışdır. Şəxs nizama-intizama dəvət etsələr də, onların qanuni tələbinə qəsdən tabe olmamış və səs-küy salaraq öz xoşagəlməz hərəkətlərini davam etdirmişdir. Bundan sonra Şəxs onlarla Yeni Saratovka polis bölməsinə getməsini təkrar olaraq təklif edib onu Yeni Saratovka PB-nin inzibati binasına gətirmişlər. Sərxoşluq vəziyyətinin tibbi müayinəsi zamanıŞəxs həqiqətən də sərxoş olduğu müəyyən edilmişdir. Şahid X6 məhkəmə iclasında şahid X2 izahatı ilə eyni məzmunlu ifadə verdi. İnzibati xəta üzrə iş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixdə Gədəbəy rayon Polis şöbəsinin Yeni Saratovka polis bölməsinin sahə rəisi X6 tərəfindən tərtib edilmiş MN ******* №-li inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə, saat 23.50 radələrində Gədəbəy rayonu, Düzrəsullu kəndində yerləşən yaşadıqları evdə münaqişə yaradaraq ünvanlı-ünvansız söyüşlər işlədib küçəyə çıxaraq onu nizam-intizama dəvət polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə, saat 23.50 radələrində Gədəbəy rayonu, Düzrəsullu kəndində yerləşən yaşadıqları evdə onu nizam-intizama dəvət polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu fakt barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin etirafedici izahatı, şahid ifadələri, inzibati xəta haqqında protokol və işdə olan digər sənədlərlə sübuta yetirilir. İXM-in 535.1-ci maddəsi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət müəyyən edir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, onun müdafiəçisini, və şahidləri dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, Şəxs əməlində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi vardır və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində həbs inzibati tənbehinin tətbiq edilməsi daha ədalətli və məqsədəmüvafiqdir. İş materiallarında olan inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 02.20 radələrində inzibati qaydada tutulmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən, saat 02.20-dən hesablansın. Qərarın icrası Gədəbəy rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-203/2020
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-203/2020
15.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver