Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-203/2025 27.08.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Əsgərova Rəsmiyyə Cəmil qızının katibliyi, qərarı çıxarmış Gədəbəy Rayon Prokurorunun nümyəndəsi X1 iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında qərara Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Gədəbəy Rayon Prokurorluğunun Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılması haqqında qərar və əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında qərarı çıxarmış Gədəbəy Rayon Prokurorluğunun nümayəndəsi X2 izahat verərək, bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Gədəbəy rayonu, Novosaratovka kənd sakinidir. O, qonşusu Zərərçəkmiş şəxs məxsus torpaq sahəsində dəmir dirək üzərində yerləşdirdiyi kameraya məxsus elektrik xəttini kəsmiş, zərərçəkmişə 45 manat maddi ziyan vurmuşdur. Ona görə də onun barəsində inzibati tənbeh verilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məlumat verilmiş, o, məhkəməyə teleqram göndərərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Azərbaycan Respublikasının İXM-nin 61.3-cü maddəsinə əsasən İnzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 17 iyul 2025-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində 84 C-25 nömrəli material üzrə cinayət işinin başlanılması Azərbaycan Rrespublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmiş, onun Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi qərara alınmışdır. İşdə olan xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraata başlanılması haqqında qərardan görünür ki, Şəxs barəsində 26 iyul 2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə iş üzrə icraata başlanılmışdır. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X4 Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir və ona bu maddənin sanksiyası həddində inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini və işin digər hallarını nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin sanksiyası həddində cərimə inzibati tənbehinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə yuxarıda göstəilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İXMnin 106-112-ci, 114-115-ci və 117-ci maddəsini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin və ona inzibati xəta nəticəsində vurulmuş ziyanın iki misli məbləğində, yəni, 90 manat inzibati cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti tərəflərə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-203/2025
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-203/2025
27.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver