Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-204/2024 02.12.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X8 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparlan şəxs Şəxs və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti X3 nümayəndəsi X4 iştirakı ilə, xx xxxx 1994-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında yaşayan, Azərbaycan İnterneşnl Mayning Kompani Limited Şirkətinin AR X1 Sahəsində aparıcı mədən mühəndisi işləyən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 198.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Qazax- Tovuz regional şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin X3 rəisi X2 16 iyul 2024-cü il tarixli, MN ******* saylı qərardadı ilə "xxxx" Şirkətinin aparıcı mədən mühəndisi Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 198.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol iş materialları ilə birlikdə baxılması üçün aidiyyəti üzrə Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Gədəbəy Rayon Məhkəməsinin (hakim F.B.Mirzəquliyev) xx.xx.2024-cü il tarixli, 3(042)-204/2024 saylı qərarı ilə Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin X3 rəisi X5 apellyasiya şikayəti verərək Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(042)-204/2024 saylı qərarının ləğv edilməsi və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(104)-555/2024 saylı qərarı ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 198.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(042)-204/2024 saylı qərarının ləğv edilməsi, işin yenidən araşdırılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Аzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən həmin Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə rayon məhkəmələri baxır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparlan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində Yeraltı mədən şöbəsində mədən ustası (yeraltı işlərdə işləməklə) peşəsində işləyən X9 xx.xx.2024-cü il tarixdə saat 08:00-da Gədəbəy kontrakt sahəsinin Arıxdam kəndində yerləşən “Qədir” yeraltı mədəninə iş yerinə gəlmiş, xüsusi iş geyimini geyindikdən sonra onun tərəfindən əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına dair gündəlik görəcəkləri işlər barədə şifahi qaydada təlimat vermişdir. X9 yeraltı mədənin partlayış işləri üçün qazılmış, təqribən 10-12 ədəd, uzunluğu 25-30 metr olan quyulara partlayıcı maddələrin diametri 32 mm-lik plastik (rezin) boru vasitəsilə doldurulması işlərini görmüşdür. M.İsmayılov həmin işləri X7 ilə birlikdə görmüşdür. M.İsmayılov dörd ədəd quyunu partlayıcı maddə ilə doldurub plastik (rezin) borunu geri çəkən zaman yerdə qıvrılmış plastik boru açılaraq X6 göz nahiyyəsinə dəymiş və sonuncu xəsarət almışdır. O, həmin zaman orada olmamışdır. Bu barədə ona məlumat verilmiş və X9 onun tərəfindən xəstəxanaya aparılmışdır. M.İsmayılov kifayət qədər təcrübəli işçi olmuşdur. Hadisə baş verən zaman M.İsmayılov xüsusi geyimdə olmuş və təhlükəsizliyi üçün gözündə eynək olmuşdur. M.İsmayılov iş görən zaman onun tabeliyində olmuşdur. Lakin hadisənin baş verməsində onun heç bir təqsiri olmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti X3 nümayəndəsi X10 məhkəmə iclasında bildirdi ki, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkətinin” Azərbaycan Respublikasındakı Nümayəndəliyinin işçisi X6 xx.xx.2024-ci il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə ilə bağlı təhqiqat aparılarkən həmin şirkətin Mədən şöbəsinin Aparıcı mədən mühəndisi (yeraltı işlərdə işləməklə) vəzifəsində işləyən Şəxs tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 207 və 215-ci maddələrinin tələblərinin pozulduğu aşkar edilmişdir. Nəticədə “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkətinin” Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Mədən şöbəsinin Aparıcı mədən mühəndisi (yeraltı işlərdə işləməklə) vəzifəsində işləyən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol edilmişdir. Odur ki, Şəxs barəsində İXM-nin 198.2-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati xəta üzrə iş materiallarında olan 16 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Qazax-Tovuz regional şöbəsi tərəfindən tərtib edilmiş MN ******* №-li inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin aparıcı mədən mühəndisi Şəxs barəsində İXM-nin 198.2-ci maddəsi ilə məsliyyətə cəlb edilməsi barədə protokol tərtib edilmişdir. İnzibati xəta üzrə iş materiallarında olan istehsalatda baş vermiş bədbəxt hadisə haqqında aktdan və təhqiqat aktından görünür ki, xx.xx.2024-cü il tarixdə "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Mədən şöbəsinin Mədən ustası (yeraltı işlərdə işləməklə) X6 əmək funkisyalarını yerinə yetirən zaman xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş vermiş, bununla bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti tərəfindən komissiya tərəfindən təhqiqat aparılmış və nəticə də, baş vermiş bədbəxt hadisə də X6 ehtiyatsızlığını və "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin aparıcı mədən mühəndisi X14 nəzarətsizliyini müəyyən edilmişdir. Azərbaycan Respublikasının İXM-in 198.2-ci maddəsinə əsasən Texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi toplanmış inzibati xəta haqqında material ilə sübuta yetirilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, lakin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilmişdir. Belə ki, işin təsvir edilmiş hallarından göründüyü kimi, inzibati xəta hadisəsi xx.xx.2024-cü il tarixdə baş vermişdir. Əmək qanunvericiliyinin pozulması isə (İXM: maddə 198.2) növünə görə “Siyasi, sosial və əmək hüquqları əleyhinə olan inzibati xətalar”dır və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə görə bu növ inzibati xətaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Belə olan halda aydın olur ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs - Şəxs sözügedən inzibati xətaya görə ən geci xx.xx.2024-cü il tarixə kimi məsuliyyətə cəlb edilə bilərdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0-cı maddəsinə görə aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir:.... 53.0.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən – bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, inzibati xəta haqqında ş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Təsvir olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli, lakin inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən Şəxs İXM-in 198.2-ci maddəsi ilə inzibati təhbeh təyin edilməməli, işin icraatına xitam verilməlidir Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cümaddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin, həmin Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən Şəxs İXM-in 198.2-ci maddəsi ilə inzibati təhbeh təyin edilməsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə başlanılmış icaata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №3(042)-204/2024
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-204/2024
02.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver