Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-204/2025 30.07.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Salammov Orxan Aqil oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi X1, zərərçəkmiş şəxslər X4, X5 və X3 iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Gədəbəy rayonu, Rüstəm Əliyev kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fəhlə işləyən, əvvəllər məhkum olunmuş, Gədəbəy rayonun, Miskinli kəndində yaşayan Şəxs barəsində Gədəbəy RPŞ-dən Azərbaycan Respublikası İXMnin 535.1-ci və 510-cu maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində 28 iyul 2025-ci il tarixdə saat 23-00 iradələrində Gədəbəy rayonu, Miskinli kəndində polis əməkdaşlarını nalayiq ifadələrlə söyməsi, ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması ilə əlaqədar Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək, bildirmişdir ki, o, Gədəbəy rayonu, Miskinli kənd sakinidir, Qızılçıxarma Mədənində fəhlə işləyir. Əvvəllər Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmuşdur. O, 28 iyul 2025-ci il tarixdə öz ailə üzvləri, qohumu və qohumunun ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, X2 gələrkən Miskinli kəndi ərazisində yol patrul xidməti əməkdaşları onu saxlamışlar. Bu zaman polis əməkdaşları ilə aralarında mübahisə yaranmışdır. Lakin o, polis əməkdaşlarını söyməmiş, hadisə yerindən getmişdir. O, spirtli içki qəbul etməmişdir. Barəsində tərtib olunan protokol əsassızdır. Ona görə də icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş X5 izahat verərək bildirmişdir ki, Gədəbəy RPŞ-nin DYPB YPX baş inspektorudur. xx.xx.2025-ci il tarixdə, saat təxminən 23-00 radələrində Gədəbəy rayonu, Miskinli kəndi ərazisində xidmətdə olarkən Kia Sorento markalı **-LM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin uzaqvuran işıqlardan düzgün istifadə etmədiyinə görə saxlamış, qabaq oturacaqda əyləşmiş sərnişinin qucağında uşaq əyləşdiyini müəyyən etmişlər. Sürücü, yəni, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs həm də sərxoş vəziyyətdə olduğunu da müəyyən etmişlər. Onlar Şəxs müayinədən keçməsini təklif etmiş, lakin o, müayinədən keçməkdən imtina etmiş, onları nalayiq söyüşlərlə söymüş, maşında olan sərnişinləri onlara qarşı tabesizlik göstərməyə sövq etmiş, aqressiv tərzdə ucadan danışmış, hadisə yerindən qaçmışdır. Ona görə də onun barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxslər qismində dindirilmiş X4 və X6 eyniməzmunlu izahatlar vermişlər. İşdə olan xx.xx.2025-ci il tarixli ******* saylı İXP-dan görünür ki,Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 329.3 və 327.2-ci maddələri ilə tərtib edilmişdir. İşdə olan TP ******* saylı qərardan görünür ki, Gədəbəy rayonu, Miskinli kənd sakini Şəxs 100 manat cərimə olunmuşdur. İşdə olan xx.xx.2025-ci il tarixli MN №2220005 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində xx.xx.2025-ci il tarixdə ictimai qaydanı pozması və polisin qanuni tələblərinin yerinə yetirməməsi ilə əlaqədar Azərbaycan Respublikası İXMnin 510 və 535.1-ci maddələri ilə tərtib edilmişdir. İş üzrə audio-video diskə baxışla müəyyən edilmişdir ki, Şəxs və hadisə yerində olan başqa bir şəxs polis əməkdaşlarını uca səslə nalayiq söyüşlərlə söyür Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məcəllənin 33.1. və 33.1.7-ci maddələrinə əsasən inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 28 iyul 2025-ci il tarixdə saat 23 radələrində Gədəbəy rayonu, Miskinli kəndin ərazisində xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarını nalayiq söyüşlərlə söymüş, onlara tabesizlik göstərmiş, hadisə yerindən qaçmış, bununla da, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, zərərçəkmişlərin izahatları və audio-video diskə baxışla ilə onun həmçinin bu əməli sərxoş vəziyyətdə törətməsi sübut edilmişdir. Lakin onun nalayiq söyüşlər söyməsi Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin dispozisiyası ilə əhatə olunduğu üçün barəsində Azərbaycan Respublikası İXM-nin 510-ci maddəsi ilə olan icraata xitam verilməlidir. Məhkəmə törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun bu əməli sərxoş vəziyyətdə törətməsini nəzərə alaraq, belə qərara gəlir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində həbs inzibati tənbehinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İXM-nin 53, 105, 106-112-ci, 114-115-ci və 117-ci maddəsini rəhbər tutaraq, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə olan icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməin törədilməsində təqsirli bilinsin və ona 25 gün müddətində həbs növündə inzibati tənbeh təyin edilsin. Həbsdə saxlamanın əvvəli xx.xx.2025-ci il tarix, saat 12-25 dəqiqədən hesablansın. Qərarın icrası Gədəbəy Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən:Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-204/2025
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-204/2025
30.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver