Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-205/2020 16.09.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X1 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraata aparılan şəxs Şəxs Yusif oğlunun və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1965-ci il tarixdə Gədəbəy rayonu anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Yusif oğlu barəsində Gədəbəy rayon Polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs Yusif oğlu xx xxxxxxxx 2020-ci il tarixdə, saat 20:30 radələrində Gədəbəy şəhəri, M.Ə.Rəsulzadə küçəsində sərxoş vəziyyətdə nalayiq söyüşlər söyərək insanların toplaşdığı yerdə ictimai qaydanı pozaraq fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən xırda xuliqanlıq hərəkətləri törətmişdir. Gədəbəy rayon Polis Şöbəsi tərəfindən inzibati xəta törətmiş şəxs Şəxs Yusif oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün barəsində tərtib edilmiş inzibati protokol və toplanmış material Gədəbəy rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs Yusif oğlu məhkəmə iclasında izahat verərək bildirdi ki, o, ünvan 1 ünvanında yaşayır. xx xxxxxxxx 2020-ci il tarixdə axşam saatlarında Gədəbəy rayonunun mərkəzində yemək yeyib spirtli içki qəbul etdikdən sonra evə getmək istəmişdir. Gədəbəy şəhəri, M.Ə.Rəsulzadə küçəsi ilə ilə evə gedərkən sərxoş olduğundan səs-küy salıb söyüş söymüş, ərazidə olan polis əməkdaşları onu polis şöbəsinə gətirmişlər. Həmin vaxt içkili olduğundan hərəkətləri yadında qalmamışdır. O, xx xxxxxxxx 2020-ci il tarixdə, saat 23 radələrində saxlanılmışdır. Əməlindən səmimi peşmandır, bir də belə hərəkətlərə yol verməyəcəkdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Yusif oğlunun müdafiəçisi Vəkil məhkəmə iclasında izahat verərək bildirdi ki, inzibati xəta törətmiş şəxs Şəxs Yusif oğlu təqsirini səmimi etiraf edir. Ona görə də onun barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. X4 Şöhrət oğlu məhkəmə iclasında bildirdi ki, o, Gədəbəy rayon Polis şöbəsində polis nəfəri vəzifəsində işləyir. xx xxxxxxxx 2020-ci il tarixdə, saat 23 radələrində Gədəbəy şəhərində xidmətdə olarkən Gədəbəy şəhər sakini Şəxs Yusif oğlunun sərxoş vəziyyətdə ucadan kiminsə ünvanına nalayiq söyüşlər söyərək səs-küy salıb insanların toplaşdığı yerdə ictimai qaydanı pozmuşdur. Bu səbəbdən o, digər polis əməkdaşları ilə birlikdə Şəxs Gədəbəy rayon Polis şöbəsinə gətirmişlər. Şahidlər X2 və Alıyev Muraz Zöhrab oğlu məhkəmə iclasında X4 Şöhrət oğlunun ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İşdə olan MN ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Yusif oğlu xx xxxxxxxx 2020-ci il tarixdə, saat 23.30 radələrindəGədəbəy Gədəbəy şəhəri, M.Ə.Rəsulzadə küçəsində sərxoş vəziyyətdə nalayiq söyüşlər söyərək insanların toplaşdığı yerdə ictimai qaydanı pozmuşdur. İXM-in 510-cu maddəsi, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət müəyyən edir. Məhkəmə inzibati xəta törətmiş şəxsivə şahidləri dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Yusif oğlu xx xxxxxx 2020-ci il tarixdə, saat 19:10 radələrində ünvan 5 ucadan ünvansız söyüşlər söyərək insanların toplaşdığı yerdə ictimai qaydanı pozaraq fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən xırda xuliqanlıq hərəkətləri törətmişdir. Bu fakt barəsində inzibati xəta haqqında icraata aparılan şəxsin etiraf edici izahatı, şahid ifadələri, inzibati xəta haqqında iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sənədlərlə təsdiq olunur. Məhkəmə proses iştirakçılarını dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Yusif oğlunun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi vardır və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-in 510-cu maddəsində xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs cəzası nəzərdə tutulmuşdur. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, əməlindən səmimi peşman olmasını və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs Yusif oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin maddəsinin sanksiyası həddində cərimə inzibati tənbehinin tətbiq edilməsi daha ədalətli və məqsədəmüvafiqdir. İXM-in 31.4-cü maddəsinə əsasən, Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. İş materiallarında olan inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs Yusif oğlu xx xxxxxxxx 2020-ci il tarixdə saat 23.40 radələrində inzibati qaydada tutulmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Şəxs Yusif oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 50 manat məbləğində inzibati qaydada cərimə edilsin. Şəxs Yusif oğlu məhkəmə zalından dərhal azad edilsin. Qərarın icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-205/2020
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-205/2020
16.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver