Məhkəmə qərarları › İş №3(042)-205/2021

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №3(042)-205/2021

05.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 3(042)-205/2021 05.08.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Abşeron rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: İnzibati xəta haqqında materialdan görünür ki, Gədəbəy rayonu, İvanovka kəndində qeydiyyatda olan vətəndaş Şəxs “CHEVROLET NİVA 2123 MİNİK” markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə barəsində İXM-in 327.1-ci maddəsi ilə İXP ******* saylı protokol tərtib edilərək 40 məbləğində inzibati qaydada cərimə olunmuşdur. Abşeron rayon Polis İdarəsinin qənaətinə görə, Şəxs İXM-in 150.11-ci maddəsinə əsasən qərarın qanuni qüvvəyə mindiyi gündən cəriməni 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəmədiyinə və İXM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılmaqla, İXM-in 127-ci maddəsinin tələbləri rəhbər tutularaq onun iştirakı olmadan haqqında həmin Məcəllənin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə İXP ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək, İXM-nin 43-cü maddəsinə əsasən aidiyyəti üzrə baxılması üçün Gədəbəy rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında materialı nəzərdən keçirərək qeyd edir ki, Şəxs barəsində çıxarılmış inzibati xəta haqqında protokolun surətini və cərimə bildirişini 07 may 2021-ci il tarixdə rəsmi qaydada almışdır. Lakin Şəxs cərimə barədə qərarın (inzibati xəta haqqında protokolların) qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan cəriməni ödəmədiyinə görə 05 iyul 2021-ci il tarixdə barəsində İXP ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Gədəbəy rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolun surətini və cərimə bildirişini Şəxs 07 may 2021-ci il tarixdə almasına baxmayaraq İXP ******* №-li protokol qanunla müəyyən edilmiş halda 3 ay müddət tamam olmadan 05 iyul 2021-ci il tarixdə tərtib edilmişdir. Belə olan halda isə inzibati xəta haqqında protokol İXM-nin 529.3cü maddəsində nəzərdə tutulmuş müddətdə tərtib edilməmişdir. Göründüyü kimi, Abşeron rayon Polis İdarəsi tərəfindən Şəxs barəsində olan İXP ******* saylı inzibati xəta haqqında protokolun ona rəsmi qaydada verildiyi vaxtdan 3 ay müddətində deyil, 05 iyul 2021-ci il tarixdə İXP ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək, İXM-nin 43-cü maddəsinə əsasən aidiyyəti üzrə baxılması üçün Gədəbəy rayon Məhkəməsinə göndərilmişdir. Bu hal Şəxs 3 ay müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməsi qənaətinə gəlməyə əsas vermir. İXM-in 150.11-ci maddəsində göstərilir ki, ...Qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, barəsində inzibati tənbeh tətbiq edilən şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar qəbul edilir və cərimənin ödənilməsini təmin etmək məqsədi ilə məcburi icraya yönəldilir. Məhkəmə qeyd olunanlara qiymət verərək hesab edir ki, həmin material baxılmadan geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM 109.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı aşağıdakı məsələlər barəsində qərardad qəbul edilir: 109.1.1. işin baxılması tarixinin və yerinin təyin edilməsi; 109.1.2. işin baxılmasında iştirak etmək üçün bu Məcəllənin 61-67-ci, 69-72-ci maddələrində göstərilən şəxslərin çağırılması; 109.1.3. iş barəsində zəruri olan əlavə materialların tələb edilməsi; 109.1.4. ekspertizanın təyin edilməsi; 109.1.5. işə baxılmanın təxirə salınması; 109.1.6. protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması; 109.1.7. əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 109-cu maddəsini rəhbər tutaraq , QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Abşeron rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında material geri qaytarılsın. Hakim Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar