Məhkəmə qərarları › İş №3(042)-206/2020

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №3(042)-206/2020

18.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 3(042)-206/2020 18.09.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə , X3 Gədəbəy Rayon Polis Şöbəsinin sahə rəisi X5 inzibati tənbeh verilmə haqqında xx xxxxxx 2017-ci il tarixli, qərarından daxil olmuş şikayətə baxaraq, Müəyyən etdi: Gədəbəy Rayon Polis Şöbəsinin sahə rəisi X2 Etibar Hüseyn oğlu barəsində xx xxxxxx 2017-ci il tarixli, qərarla inzibati tənbeh tətbiq etmiş, X3 həmin qərardan şikayət ərizəsi xx xxxxxxxx 2020-ci il tarixdə Gədəbəy Rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən bu məcəllənin 126.1ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Beləliklə, məhkəmə şikayət materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, X1 Rayon Polis Şöbəsinin sahə rəisi X5 xx xxxxxx 2017-ci il tarixli inzibati tənbeh verilməsi haqqında qərarından şikayət vermək üçün müəyyən edilmiş prosessual müddəti ötürmüş, prosessual müddətin bərpa edilməsi haqqında vəsatət təqdim etməmişdir. Ona görə də X3 şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 109-cu maddəsini rəhbər tutaraq , QƏRARA ALDİM: X4 Gədəbəy Rayon Polis Şöbəsinin sahə rəisi X5 xx xxxxxx 2017-ci il tarixli inzibati tənbeh verilməsi haqqında qərarından verdiyi şikayət geri qaytarılsın. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar