Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 3(042)-206/2022 01.08.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlu, Məhkəmə iclas katibi X2 oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gədəbəy rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdim: İnzibati xəta haqqında materiallardan görünür ki, Şəmkir rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-1009/2021 qətnaməsinə əsasən, 02 mart 2021-ci il tarixdən başlayaraq, Şəmkir rayon Məhkəməsini xx.xx.2021-ci il tarixli, 2(076)-1009/2021 saylı qərardadı nəzərə alınmaqla, 28 dekabr 2014-cü il tarixdə doğulmuş Toğrul adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Şəxs hər ay 140 manat sabit pul məbləğində aliment tutulub iddiaçı X1 verilməlidir. İcra sənədi xx.xx.2021-ci il tarixdə Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. Borcluya borcunu ödəməsi barədə müvafiq qaydada qərar və bildiriş göndərilmişdir. Lakin borc könüllü ödənilməmişdir. Borcun ödənilməsi barədə borcluya təklif edilsə də, o borcunu ödəməmiş, ona görə də məcburi icra tədbirləri həyata keçirilmiş, o cümlədən borclunun əmlak vəziyyəti yoxlanılmış, borcun yönəldilə biləcəyi əmlak aşkar olunmamışdır. Borcluya borcunu ödəməsi təklif edilmiş, lakin borclu tərəfindən əsaslı səbəb olmadan borc ödənilmir. Bununla da borclu borcunu ödəməsi barədə icra məmurunun qanuni tələbinə tabe olmur. Borclu icra sənədini icra etmədiyindən və icra məmurunun qanuni tələbinə tabe olmadığından onun barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq inzibati material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə qeyd edir ki, İXM-in 111.3-cü maddəsinə əsasən, inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. İXM-in 61.5-ci maddəsinə əsasən, inzibati həbs, Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxarma və ya ictimai işlər nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir. Hazırki inzibati xəta haqqında materialdan görünür ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İXM-in 528.1-ci maddəsinin sanksiyasında inzibati həbs tənbeh növü nəzərdə tutulduğundan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir. Lakin inzibati xəta haqqında materialın məhkəmənin icraatına qəbul edilməsi zamanı müəyyən olunmuşdur ki, inzibati xəta törətmiş şəxsin şəxsiyyəti inzibati xəta haqqında materialla birlikdə məhkəməyə təqdim edilməmişdir. Həmçinin, məhkəmə qeyd edir ki, İXM-də inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokolun daxil olduğu gün baxılması nəzərdə tutulmuş, həmin gün barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakını təmin etmək, işə baxılmasını təxirə salmaq mümkün olmamışdır. Eləcə də, İXM-in 104.1 və 104.1.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında iş üzrə icraat barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs qaçıb gizləndikdə və ya digər səbəblərdən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin olduğu yer müəyyən edilmədikdə inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması nəzərdə tutulsa da, İXM-də həmin hal üçün fiziki şəxsin axtarışı barədə norma nəzərdə tutulmamışdır. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə Şəxs İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gədəbəy rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialı natamam hesab edir və materialın onu qəbul etmiş orqana geri qaytarılması qənaətinə gəlir. İXM-in 109.1 və 109.1.6-cı maddələrinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Odur ki, yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə material natamam olduğuna görə Gədəbəy rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 109-cu maddəsini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gədəbəy rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında material Gədəbəy rayon İcra və Probasiya Şöbəsinə qaytarılsın. Hakim: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-206/2022
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №3(042)-206/2022
01.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver