Məhkəmə qərarları › İş №3(042)-206/2023

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-206/2023

20.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-206/2023 20.06.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X1 iştirakları ilə, xx xxxxxx 1954-cü il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, pensiyaçı, Gədəbəy rayonu, Söyüdlü kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan Şəxs barəsində Gədəbəy Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İXM-nin 513.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində 20 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 513.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, 20 iyun 2023-cü il tarixdə Gədəbəy rayonu, Söyüdlü kəndi ərazisində keçirilmiş icazəsiz aksiyada iştirak etmişdir. Lakin bu aksiyanın təşkil dilməsində iştirak etməmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş X3 izahat verərək bildirmişdir ki, Gədəbəy RPŞ-də İTB-nin rəisi vəzifəsində xidmət edir. Şəxs Qızıl Mədəni tərəfindən qanunda nəzərdə tutulmuş qaydada tullantı gölünün yaradılması ilə əlaqədar Gədəby rayonu, Söyüdlü kənd sakinləri tərəfindən müvafiq icazə alınmadan etiraz aksiylarının keçirilməsini təşkil etmişdir. Onunla profilaktik xarakterli söhbətlər aparılsa da, o, 20 iyun 2023-cü il tarixdə də aksiyanı keçirilməsini təşkil etmişdir. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində 20 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 513.1-ci maddəsinin tələbləərini pozduğuna görə tərtib edilmişdir. İşdə olan Çıxarışdan görünür ki, Şəxs xx xxxxxx 1954-cü il tarixdə doğulmuşdur. Azərbaycan Respublikası İXM-nin 513.1-ci maddəsinə əsasən yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkilinin və keçirilməsinin “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydasının toplantının təşkilatçısı tərəfindən pozulmasına görə-fiziki şəxslər min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki yüz saatdan iki yüz qırx saatadək ictimai işlər və ya iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər üç min manatdan altı min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və şahidi dinləyərək, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 20 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 513.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Azərbaycan Respublikası İXM-nin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini və yaşını nəzərə alaraq, belə qərara gəlir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 513.1-ci maddəsinin sanksiyası həddində cərimə inzibati tənbehinin tətbiq edilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 513.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin və ona həmin maddənin sanksiyası həddində, yəni, 1500 manat cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti tərəflərə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar