Məhkəmə qərarları › İş №3(042)-206/2025

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-206/2025

01.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-206/2025 01.09.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, Orucov Anar Möhübbət oğlunun katibliyi, Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin etibarnamə üzrə nümayəndəsi X6 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 iştirakları ilə, xx xxxxxx 1959-cu il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, sahibkar, Gədəbəy rayonu,İsalı Kəndində yaşayan X5 barəsində Qida X1 Regional Bölməsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Azərbaycan Respublikası Qida X1 Regional Bölməsi tərəfindən X6 barəsində Azərbaycan Respublikası İXM-nin 544.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin etibarnamə üzrə nümayəndəsi X6 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə uyğun olaraq, xx.xx.2025-ci il tarixdən, xx.xx.2025-ci il tarixədək Azərbaycan Respublikası X2 illik yoxlama planına əsasən, Gədəbəy rayonu,İsalı Kəndində yerləşən, Şəxs məxsus “Təbii bal istehsalı müəssisəsində yoxlanılması üçün plan üzrə yoxlama açılmışdır.Lakin yoxlama aparılması üçün bütün zəruri sənədləri təqdim etsələr də, X5 əsassız bəhanələrlə yoxlamanın aparılmasını təmin etməmişdir. Ona görə də, X5 barəsində Azərbaycan Respublikası İXMnin 544.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 izahat verərək, bildirmişdir ki, o,uşağının xəstəliyi ilə əlaqədar həmin yoxlanışlarda iştirak edə bilməmiş, həmin yoxlanışı başqa vaxta təyin edilməsini xahiş etmiş, lakin uşağən xəstəliyi davam etdiyi üçün həmin vaxtda da yoxlanışda iştirak edə bilməmişdir. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. İşdə olan yoxlama planının surətindən görünür ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə uyğun olaraq, xx.xx.2025-ci il tarixdən, xx.xx.2025-ci il tarixədək Azərbaycan Respublikası X2 2025-ci il üzrə təsdiq olunmuş illik yoxlama planına əsasən, Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən alınmış 18 iyun 2025-ci il tarixli, KY252321325 nömrəli çıxarışla Gədəbəy rayonu,İsalı kəndində yerləşən, Şəxs məxsus “Təbii bal istehsalı müəssisəsində yoxlanılması üçün plan üzrə yoxlama açılmışdır. İşdə olan Aktın surətindən görünür ki, Şəxs illik yoxlama planına əsasən xx.xx.2025-ci il tarixdən, xx.xx.2025-ci il tarixədək Gədəbəy rayonu,İsalı kəndində yerləşən Şəxs məxsus “Təbii bal istehsalı müəssisəsində yoxlanılmasına maneçiliklər törətmişdir. Azərbaycan Respublikası İXM-nin 544.1-ci maddəsinə əsasən istehlakçıların hüq uqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilməsinə və ya həmin məqsədlə səlahiyyətli şəxslərin yoxlama yerinə buraxılmamasına, yaxud həmin şəxslərin qanuni tələblərinin yerinə yetirilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə-fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, X5 Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin əməkdaşlarının illik yoxlama planına əsasən 21 iyul və 31 iyul 2025-ci il tarixlərdə övladının xəstəliyi ilə əlaqədar üzürlü səbəbdən yoxlama tədbirlərində iştirak edə bilməmişdir. Yəni, onun əməlində Azərbaycan Respublikası İXMnin 544.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXMnin 53, 105, 106-112-ci, 114-115-ci və 117-ci maddəsini rəhbər tutaraq, qərara aldı: İş üzrə icraata xitam verilsin, X5 inzibati məsuliyyətdən azad edilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar