Məhkəmə qərarları › İş №3(042)-208/2023

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-208/2023

17.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-208/2023 17.07.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X10 oğlunun katibliyi, Qərardan şikayət vermiş şəxs X4 və qərarından şikayət verilmiş şəxs Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanınıda Meşələrin İnkişafı Xidmətinin X13 Təsərrüfatı Mərkəzinin etibarnamə üzrə nümayəndəsi X5 iştirakları ilə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin inzibati tənbehin verilməsi haqqında 28 noyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati tənbeh tətbiq edilən X4 şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materiallardan görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş 28 noyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X4 İXM-in 253.1-ci maddəsi ilə tərtib olunmuş protokola görə 700 manat məbləğində cərimə edilməsini qərara almışdır. X1 və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin 28 noyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini barədə qərara çıxarılmasını məhkəmədən xahiş etmişdir. X6 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, Gədəbəy rayonu, Emir kəndində yaşayır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi 7 saylı meşə dolayısından ağac kəsməsi əsası ilə o, xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsi ilə 700 manat cərimə edilmişdir. Halbuki, o meşədən heç bir ağac kəsməmişdir. Bundan da xəbəri olmamışdır. Nə akt, nə də ki, protokol yazılarkən ona bu barədə məlumat verilməmişdir. Öz təşəbbüsləri ilə ona cərimə yazılmışdır. O, həmin qərardan narazıdır və hesab edir ki, qərar əsassız və qanunsuz olduğundan ləğv edilməli və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ona məlumat vermədən və iştirakı olmadan onu cərimə etmişdir. Bu barədə ona inzibati xəta haqqında protokol və cərimə qərarı rəsmi qaydada təqdim edilməmişdir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən ona məlumat verilməmiş, izahatı alınmamış və iştirakı olmadan əsassız olaraq protokol tərtib edilmişdir. Bununla da İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmuşdur. O, əlildir. Üç azyaşlı övladı var. Maddi imkanı aşağıdır. Uşaqlarını, ailəsini güclə dolandırır. X6 məhkəmə iclasında şikayət ərizəsində göstərilənlərə oxşar izahat verdi və əlavə olaraq bildirdi ki, ağacları o kəsməmiş, onun arvadı kəsmişdir. İkinci qrup əlildir. Cəriməni ödəməyə imkanı yoxdur. Odur ki, şikayətinin təmin edilməsini məhkəmədən xahiş edir. İnzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş şəxs Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanınıda Meşələrin İnkişafı Xidmətinin X13 Təsərrüfatı Mərkəzinin etibarnamə üzrə nümayəndəsi, X7 məhkəmə iclasında izahat verərək bildirdi ki, o, Mərkəzin baş mütəxəssisi vəzifəsində işləyir. X2 meşəbəyliyinin 7 saylı meşə dolayısında qanunsuz olaraq ağacları kəsərək meşə fonduna 109.86 manat məbləğində ziyan vurmuşdur. Ona gördə də F.Allahverdiyevin barəsində 253.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Maddi ziyanla bağlı məhkəmədə iddia qaldırılmış və məhkəmə qətnaməsi ilə meşə fonduna vurulmuş 109.86 manat ziyanın X13 Təsərrüfatı Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini almışdır. Odur ki, şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməlidir. Belə ki, işdə olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş 28 noyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 İXM-in 253.1ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola görə 700 manat məbləğində cərimə edilməsini qərara almışdır. İşdə olan Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-246/2023 saylı qətnaməsinə əsasən X3 109.86 manat alınaraq X13 Təsərrüfatı Mərkəzinin hesablaşma hesabına ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası İXM-nin 253.1-ci maddəsinə əsasən, meşəqırma bileti (orderi) olmadan meşə fondunda köküstə yaş ağacların və kolların qanunsuz kəsilməsinə və ya zədələnməsinə, yaxud meşə əkinlərində, tingliklərində, böyümə və plantasiya sahələrində toxmacarların və tinglərin, yaxud meşənin bərpa edilməsi üçün müəyyən olunmuş sahələrdə təbii əmələ gəlmiş cavan ağacların və cücərtilərin məhv edilməsinə və ya zədələnməsinə görə fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər dörd min beş yüz manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında müəyyən edildi ki, X6 xx.xx.2022-ci il tarixdə Saratovka meşəbəyliyinin 7 saylı meşə dolayısında qanunsuz olaraq 3 ədəd yaş köküstə fısdıq cinsindən ağac kəsdiyinə görə İXM-nin 253.1-ci maddəsi ilə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş, həmin protokol əsasında 28 noyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək X6 İXM-in 253.1-ci maddəsi 700 manat məbləğində cərimə edilmişdir. Bundan başqa həmin ağacların qanunsuz olaraq kəsilməsinə görə meşə fonduna 109.86 manat məbləğində ziyan dəyməsi müəyyən edilmiş və həmin ziyanın F.Allahverdiyevdən tutulması ilə bağlı Gədəbəy rayon Məhkəməsində iddia qaldırılmışdır. Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-246/2023 saylı qətnaməsinə əsasən F.Allahverdiyev tərəfindən Saratovka meşəbəyliyinin 7 saylı meşə dolayısında qanunsuz olaraq 3 ədəd yaş köküstə fısdıq cinsindən olan ağacı kəsməsi müəyyən edilmiş və X3 109.86 manat alınaraq X13 Təsərrüfatı Mərkəzinin hesablaşma hesabına ödənilməsi qət edilmişdir. Odur ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-246/2023 saylı qətnaməsi hal-hazırda qüvvədədir və hazırki iş üçün preyudisial əhəmiyyətə malikdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2016-cı il tarixli qərarında göstərilir ki, “Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir.” Odur ki, məhkəmə hesab edir ki, F.Allahverdiyev tərəfindən qanunsuz olaraq ağacların kəsilməsi nəticəsində meşə fonduna 109.86 manat məbləğində ziyan vurulması müəyyən edildiyindən və bu barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan bu hal sübut olunmuş hesab olunmalı və yenidən sübut etmə predmeti olmamalıdır. Odur ki, məhkəmə hesab edir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi X4 əməlində İXM-in 253.1-ci maddəsinin tərkib əlamətləri olduğuna görə onun barəsində inzibati xəta haqqında protokol tərtib etməklə və onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etməklə düzgün nəticəyə gəlmişdir. Qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası İXM-in 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Azərbaycan Respublikası İXM-in 53.0.6-cı maddəsinə əsasən, İXM-in 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, X4 şikayəti təmin edilməməli, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında 28 noyabr 2022-ci il tarixli, MN ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 38, 53, 115 və 130-137-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: X4 şikayəti təmin edilməsin. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında 28 noyabr 2022-ci il tarixli, MN ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar