Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-209/2023 20.06.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçi Vəkil iştirakları ilə, xx.xx.1971-ci il tarixdə Gədəbəy rayonu, Söyüdlü kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Gədəbəy rayonu, Söyüdlü kəndində yaşayan Şəxs barəsində Gədəbəy Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 513.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində xx.xx.2023-cü il tarixdə yığıncağın təşkilinin və keçirilməsinin “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydasının onun tərəfindən pozulması ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 513.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, Gədəbəy rayonu, Söyüdlü kəndində yaşayır. Gədəbəy rayonu ərazisində yerləşən Qızıl Mədəni onların yaşadığı Söyüdlü kəndində ikinci tullantı gölünü inşa edir. Bununla bağlı kənd camaatı ilə birlikdə həmin gölün ətraf mühit üçün zərərli olmasına görə öz narazılıqlarını bildirmişlər. Kənd camaatı arasında “Vatçap” sosial şəbəkəsində qrup yaradılmış və o, yeni inşa edilən gölün ətrafında yığılmaları ilə bağlı əvvəllər çağırışlar etmişdir. Lakin, daha sonra onlar Gədəbəy Rayon Polis şöbəsinin rəisi Mehman Həşimov tərəfindən qəbul edilmişlər və onlara bu hərəkətlərinin qanunsuz olması və məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişdir. Ona görə də, o bundan sonra yığıncaq keçirilməsi ilə bağlı çağırışlar etməmiş və xx.xx.2023-cü il tarixdə keçirilən yığıncaqda iştirak etməmişdir. Təqdim edilmiş videoda olan pikap tipli avtomobil ona məxsusdur. Həmin avtomobili ilə əvəllər keçirilmiş yığıncağa kənd camaatını daşımışdır. Müdafiəçi Vəkil məhkəmə iclasında izahat verərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində xx.xx.2023cü il tarixdə yığıncağın təşkilinin və keçirilməsinin “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydasının onun tərəfindən pozulması ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 513.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan CD diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Şəxs idarə etdiyi pikap tipli avtomobillə bir qrup şəxsi təşkil edilmiş yığıncağa daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 513.1-ci maddəsinə əsasən, Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkilinin və keçirilməsinin “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydasının toplantının təşkilatçısı tərəfindən pozulmasına görə fiziki şəxslər min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki yüz saatdan iki yüz qırx saatadək ictimai işlər və ya iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər üç min manatdan altı min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək və təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qızıl zavodu tərəfindən Gədəbəy rayonu, Söyüdlü kəndində “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydaları pozmaqla yığıncaqlar keçirilməsi məqsədi çağırışlar etmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 513.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmə törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, nəzərə alaraq, belə qərara gəlir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 513.1-ci maddəsinin sanksiyası həddində həbs inzibati tənbehinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 105, 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 513.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin və ona 20 gün həbs növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Gədəbəy Rayon Polis Şöbəsinə həvalə edilsin. Həbsdə saxlamanın əvvəli 20 iyun 2023-ci il saat 1750-dan hesablansın. Qərarın surəti tərəflərə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən:Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-209/2023
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-209/2023
20.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver