Məhkəmə qərarları › İş №3(042)-21/2022

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №3(042)-21/2022

01.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 3(042)-21/2022 01.02.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2 və 329.3-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gədəbəy Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdim: İnzibati xəta haqqında materiallardan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2 və 329.3-cü maddələri tələblərini pozması ilə əlaqədar inzibati protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 111.3-cü maddəsinə əsasən, inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. Həmin Məcəllənin 61.5-ci maddəsinə əsasən, inzibati həbs, Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxarma və ya ictimai işlər nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir. Hazırki inzibati xəta haqqında materialdan görünür ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Həmin maddənin sanksiyasında inzibati həbs tənbeh növü nəzərdə tutulduğundan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir. Lakin inzibati xəta haqqında materialın məhkəmənin icraatına qəbul edilməsi zamanı müəyyən olunmuşdur ki, inzibati xəta törətmiş şəxsin şəxsiyyəti inzibati xəta haqqında materialla birlikdə məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası İXM-də inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokolun daxil olduğu gün baxılması nəzərdə tutulmuş, həmin gün barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakını təmin etmək, işə baxılmasını təxirə salmaq mümkün olmamışdır. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2 və 329.3-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gədəbəy Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallar natamamdır və geri qaytarılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 109-cu maddəsini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2 və 329.3-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gədəbəy Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında material geri qaytarılsın. Hakim: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar