Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-21/2023 02.02.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə, xx.xx.1980-ci ildə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Gədəbəy rayonu, Slavyanka kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 526-cı maddəsi ilə Gədəbəy Rayon Polis Şöbəsindən daxil olmuş X1 protokola baxaraq, Müəyyən etdi: Gədəbəy Rayon Polis Şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 526-cı maddəsi ilə tərtib edilmiş inzibat xəta haqqında protokol daxil olmuşdur. X1 Protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə Gədəbəy Rayon Məhkəməsinin iclas zalında proses iştirakçılarını nalayiq söyüşlərlə söymüş, məhkəməyə hörmətsizlik etmişdir. İşdə olan Cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarın surətindən görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəclləsinin 221.1-ci maddəsi ilə cinayət işi üzrə icraata xitam verilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 526-cı maddəsi ilə inzibati icraat başlanılması qərara alınmışdır. Azərbaycan Respublikası İXM-nin 526-ci maddəsinə əsasən məhkəmə iclası zamanı şahidin, zərər çəkmiş şəxsin, iddiaçının, cavabdehin və ya iş üzrə iştirak edən başqa fiziki şəxslərin sədrlik edənin sərəncamına tabe olmamasına görə əlli manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə Gədəbəy Rayon Məhkəməsinin iclas zalında proses iştirakçılarını nalayiq söyüşlərlə söymüş, məhkəməyə hörmətsizlik etmişdir. Məhkəmə inzibati xəta əməlinin ağırlıq dərəcəsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 526-cı maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinməli və cərimə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 105, 106-112-ci, 114-115-ci və 117-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 526-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin və ona 50 manat məbləğdə cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti tərəflərə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-21/2023
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-21/2023
02.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver