Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-210/2025 04.08.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qasımov Fuad Kamil oğlunun katibliyi ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və zərərçəkmiş səxs X2 və X1 iştirakı ilə xx.xx.1967-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Gədəbəy rayonu, İnəkboğan kəndində yaşayan Şəxs barəsində Gədəbəy RPŞ-dən daxil olmuş Azərbaycan Respublikası İXM-nin 327.2-ci və 332.4-cü maddələri ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Gədəbəy RPŞ-dən 03 avqust 2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.2-ci və 332.4-cü maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Gədəbəy Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirmişdir ki, o ,Gədəbəy rayonu, İnəkboğan kəndində yaşayır. 02 avqust 2025-ci il tarixdə ozünə məxsus olan “VAZ 2106 minik” markalı **-BX-*** qeydiyyat nömrəli nəqliyyat vasitəsi ilə Gədəbəy rayonu, Kiçik Qaramurad kəndi ərazisində hərəkətdə olarkən, idarəetməni itirmiş, qarşıda hərəkətdə olan “Vaz 21-21” maraklı avtomobillə toqquşma törətmişdir. Nəticədə zərərçəkmişin avtomobilinə zərər dəymişdir. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş X2 izahat verərək, bildirmişdir ki, 02 avqust 2025-ci il tarixdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs idarə etdiyi “VAZ 2106 minik” markalı **-BX-*** qeydiyyat nömrəli nəqliyyat vasitəsi ilə Gədəbəy rayonu, Kiçik Qaramurad kənd hərəkətdə olarkən, idarəetməni itirmiş, onun idarə etdiyi “Vaz 21-21” maraklı avtomobillə toqquşma törətmişdir. Onun şikayəti yoxdur. Ona dəymiş ziyani sığorta ödəyəcəkdir. Ona görə də qərar çıxarılarkən nəzərə alınmasını xahiş edir. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, 03 avqust 2025-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.2; və 332.4-cü maddələri ilə tərtib edilmişdir. İşdə olan Qusur Aktınan görünür ki, zərərçəkmişə ümumillikdə 1770 manat ziyan dəymişdir. Azərbaycan Respublikası İXM-nin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məcəllənin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir Məcəllənin 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə-qırx manat məbləğində cərimə edilir. Məcəllənin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nəqliyyat vasitəsini etibarnamə hüququ olmadan idarə etmiş, yol hərəkəti qaydalarını pozmuş, Gədəbəy rayon Kiçik Qaramurad kənd ərazisində hərəkətdə olarkən, idarəetməni itirmiş, qarşıda hərəkətdə olan “Vaz 21-21” maraklı avtomobillə toqquşma törətmiş, zərərçəkmişə maddi zərər vurmuş, yəni, Azərbaycan Respublikası İXM-nin 327.2. və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta əməllərini törətmişdir. Ona görə də ona sanksiyasında daha ağır tənbeh nəzərdə tutulmuş Azərbaycan Respublikası İXM-nin 332.4-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini, yaşını və işin digər hallarını nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin sanksiyası həddində cərimə inzibati tənbehinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə yuxarıda göstəilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.2; və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xəta əməllərinin törədilməsində təqsirli bilinsin və ona 500 manat inzibati cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-210/2025
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-210/2025
04.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver