Məhkəmə qərarları › İş №3(042)-212/2020

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-212/2020

30.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-212/2020 30.09.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə, M ü ə y y ə n e t d i: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəmkir Regional Ədliyyə İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 549.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası qanununun 48-ci maddəsinin 1-ci bəndinə və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” qanunun 6-cı maddəsinə əsasən Gədəbəy rayon Novoivanovka kənd bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 05 saylı və xx.xx.2020-ci il tarixli, 06 saylı protokolları 5 iş günü müddətinə X1 İdarəsinə təqdim edilməmişdir. Ona görə də, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 549.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokol tərtib etmiş şəxsə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. İşdə olan inzibati xəta haqqında protokolun surətindən görünür ki, Gədəbəy rayon Novoivanovka kənd bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 05 saylı və xx.xx.2020-ci il tarixli, 06 saylı protokolları 5 iş günü müddətinə X1 İdarəsinə təqdim edilməmişdir. İşdə olan Gədəbəy rayon Novosaratovka kənd bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 05 saylı protokolunun surətindən görünür ki, bələdiyyə iclasında dövlət tərəfindən ayrılmış 2620 manat pulun xərclənməsi məsələsi müzakirə edilmişdir. İşdə olan Gədəbəy rayon Novosaratovka kənd bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 06 saylı protokolunun surətindən görünür ki, DSMF-nin Gədəbəy Rayon Şöbəsinin hesabına və Azərpoçt MMC-nin Gədəbəy Rayon Şöbəsinin hesabına pul köçürülməsi məsələsi müzakirə edilmişdir. İşdə olan zərfin surətindən görünür ki, Gədəbəy rayon Novosaratovka kənd bələdiyyəsi Şəmkir Regional Ədliyyə Şöbəsinə xx.xx.2020-ci il tarixdə məktub göndərmişdir. Azərbaycan Respublikası İXM-nin 549.2-ci maddəsinə əsasən Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinə əsasən Bu Qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş əsas üzrə inzibati nəzarətin həyata keçirilməsini təmin etmək məqsədi ilə bələdiyyələr qəbul etdikləri aşağıdakı aktların bir surətini həmin aktların qəbul edildiyi andan 5 iş günündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Gədəbəy rayon Novoivanovka kənd bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 05 saylı və xx.xx.2020-ci il tarixli, 06 saylı protokolları 5 iş günü müddətində X1 İdarəsinə təqdim edilməmişdir. Ona görə də Şəxs Azərbaycan Respublikası İXM-nin 549.2-ci maddəsi ilə təqsirli bilinməli, ona həmin maddənin sanksiyası həddində 400 manat məbləğində cərimə inzibati tənbehi təyin edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 30, 99, 106, 112, 133, 115, 116, 117, 128 və 130-cu maddələrinin rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 549.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 400 manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə şöbəsinə həvalə edilsin. Qərarın surəti tərəflərə göndərilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar