Məhkəmə qərarları › İş №3(042)-212/2024

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №3(042)-212/2024

16.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 3(042)-212/2024 16.09.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gədəbəy rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Başı Şəhər İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(042)-408/2023 saylı qərarı ilə, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinin törədilməsində təqsirli biliməsi və ona 20000 manat miqdarında cərimə növündə inzibati tənbeh təyin edilməsi qərara alınmışdır. Gədəbəy Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli 3(042)-408/2023 saylı inzibati xəta haqqında iş üzrə qərarından Şəxs MMC tərəfindən apellyasiya şikayəti verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(104)-43/2024 saylı qərarı ilə, şikayətin qismən təmin edilməsi, Gədəbəy Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli 3(042)-408/2023 saylı qərarının ləğv edilməsi, inzibati xəta haqqında işin yenidən araşdırılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 xidmətinin Bakı şəhər İdarəsinə qaytarılması qərara alınmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında materialdan məlum olur ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(104)-43/2024 saylı qərarı ilə inzibati xəta haqqında işin yenidən araşdırılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 xidmətinin Bakı şəhər İdarəsinə qaytarılması qərar alınmasına baxmayaraq, X3 xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Gəncə Apellyasiya Məhkəməsinin qərarında göstərilmiş xüsusatlar tam hər tərəfli araşdırılmamış, yeni aşadırmanın nəticəsinə dair yenidən inzibati xəta haqqında protokol tərtib edilməli olduğu halda, tərtib edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazır ki iş üzrə hüquqi şəxslər barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmək məhkəmənin səlahiyyətində olsa da, bu barədə araşdırma aparılması və nəticədə inzibati xəta haqqında protokol tərtib edilməsi X3 Xidməti Bakı şəhər İdarəsinin səlahiyyətinə aiddir və onun vəzifəsidir. Eləcə də, X3 Xidməti Bakı şəhər İdarəsinin tərtib etdiyi 30 oktyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol əvvəlki araşdırmanın nəticəsi olaraq tərtib edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(104)-43/2024 qərarı ilə həmin araşdırmanın tam, hərtərəfli və obyektiv olmaması qənaətinə gəlinmiş və yenidən araşdırma aparılması tapşırılmışdır. Belə olan halda 30 oktyabr 2023-cü il tarixli protokol əhəmiyyətini itirmiş, yeni araşdırmanın nəticəsi olaraq, yeni inzibati xəta haqqında protokol tərtib olunmalıdır. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs MMC-nin barəsində toplanmış inzibati xəta haqqında material natamam olduğundan, onun tamamlanması mümkün olmadığından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 xidmətinin Bakı şəhər İdarəsinə qaytarılmalıdır. İXM-nin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 109-cu maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 xidmətinin Bakı şəhər İdarəsinə qaytarılsın. Hakim: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar