Məhkəmə qərarları › İş №3(042)-213/2020

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-213/2020

22.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-213/2020 22.09.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.2020-ci il tarixdə Gədəbəy rayonu, Qurudərə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Gədəbəy rayonu, Qurudərə kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Gədəbəy rayon Polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Gədəbəy rayon Polis şöbəsi tərəfindən məhkəməyə daxil olmuş inizbati xəta haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə, saat 12:30 radələrində içkili vəziyyətdə ünvan 1 uca səslə nalayiq ifadələr işlədərək, ünvansız söyüşlər söyərək ictimai qaydanı pozmuşdur. Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, o, Gədəbəy rayonu, Qurudərə kəndində yaşayır. xx xxxxxxxx 2020-ci il tarixdə spirtli içki qəbul etmiş, ancaq heç bir digər qeyri-etik ifadələrdən istifadə etməmişdir. Onunla həyat yoldaşı X1 arasında heç bir mübahisə baş verməmişdir. Həyat yoldaşı onun xəbəri olmadan 102 xidmətinə zəng vurmuşdur. Sonra polis əməkdaşları gəlmiş, o, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmuş və onu Gədəbəy rayon Polis şöbəsinə gətirmişlər. Hüquq və vəzifələri ona aydındır. Onun müdafiəsi üçün vəkil təyin olunmasını istəmir. O, bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Şahid X2 məhkəmə iclasında izahat verərək bildirdi ki, o, Gədəbəy rayon Polis şöbəsində sahə rəisi vəzifəsində işləyir. Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə gecə əməliyyat istintaq qrupu tərəfindən Gədəbəy rayon Polis şöbəsinə gətirilmişdir. Ancaq, o, hadisə baş verən gün orda olmamış və protokolun tərtib olunmasından xəbəri olmamışdır. O, hadisə baş verən günün sabahı işə gəlmiş, protokolu imzalamışdır. Şahid X6 oğlu məhkəmə iclasında bildirdi ki, o , xx.xx.2020-ci il tarixdə Gədəbəy rayon Polis şöbəsində əməliyyat istintaq qrupunda olarkən Gədəbəy rayonu, Qurudərə kənd sakini X1 102 xidmətinə zəng edərək həyat yoldaşı Şəxs onu ölümlə hədələməsini və evdə içkili vəziyyətdə münaqişə yaratmasını bildirmiş, Gədəbəy rayon Polis şöbəsinin əməliyyat müvəkkili polis baş leytenantı X9 və növbətçi hissənin sürücüsü Malik Məhərrəmovla birlikdə həmin hadisə yerinə getdikdə ora çatan zaman Şəxs içkili vəziyyətdə olduğunu görmüşlər. Onlar Şəxs barəsində qanuni tədbir görülməsi üçün Gədəbəy rayon Polis şöbəsinə gətirib növbətçi hissəyə təhvil vermişlər. Onun barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Şahidlər X4 və X9 məhkəmə iclasında şahid X6 oğlunun ifadəsi ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və şahidi dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından onun barəsində həmin maddə ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-in 510-cu maddəsi, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət müəyyən edir. Məhkəmə inzibati xəta törətmiş şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsivə şahidləri dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə, saat 12:30 radələrində ünvan 1 ucadan ünvansız söyüşlər söyərək ictimai qaydanı pozması ilə əlaqədar protokol tərtib olunmuş, ancaq Şəxs ictimai qaydanı pozması barədə heç bir mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. MN ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokola əsasən bаrəsində inzibаti xətа hаqqındа iş üzrə icrааt аpаrılаn şəxs Şəxs Azərbaycan Respublikası İnzibаti Xətаlаr Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş xətanı törətməsi, yəni onun əməlində həmin maddə ilə nəzərdə tutulmuş inzibati xəta hadisəsinin olması iş materialları ilə sübuta yetirilmir. Məhkəmə proses iştirakçılarını dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur və o, inzibati məsuliyyətdən azad edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Gədəbəy rayon Polis şöbəsinin sahə rəisi, X2 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* №-li saylı inzibati xəta haqqında protokola əsasən bаrəsində inzibаti xətа hаqqındа iş üzrə icrааt аpаrılаn şəxs Şəxs Azərbaycan Respublikası İnzibаti Xətаlаr Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş xətanı törətməsi, yəni onun əməlində həmin maddə ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması iş materialları ilə sübuta yetirilmir. İXM-in 114.2-ci və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır: İXM-in 53.0 və 53.0.2-ci maddələrinin tələblərinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qeyd edir ki, Şəxs təqsiri sübuta yetirilmədiyindən onun əməlində inzibati xəta tərkibi yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 11, 40, 43, 48-51, 61, 77, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin, Şəxs məhkəmə zalında dərhal həbsdən azad edilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar