Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 3(042)-213/2021 16.08.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gədəbəy rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Məhkəməyə Gədəbəy rayon İcra və Probasiya şöbəsindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair protokol və ona əlavə edilmiş sənədlərdən ibarət material daxil olmuşdur. İşin icraata götürülməsinin mümkünlüyü məsələsini yoxlayarkən müəyyən olunmuşdur ki, Gədəbəy rayon Məhkəməsinin 28 mart 2012-ci il tarixli, 2(041)-316/2012 saylı icra sənədinə əsasən, cavabdeh Şəxs 19 yanvar 2012-ci il tarixdən başlayaraq 13.04.2008-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit pul məbləğində hər ay 10 manat aliment alınıb X1 verilməlidir. İcra sənədi 11 may 2012-ci il tarixdə Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. Borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmiş, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsinə baxmayaraq ondan sonra uzun müddət borcluya icra sənədinin icra edilməsi barədə heç bir rəsmi xəbərdarlıq göndərilməmiş, borclunun icra sənədini icra etməsi üçün heç bir məcburi icra tədbiri tətbiq edilməmiş, bununla bağlı iş materiallarına sübut əlavə edilməmişdir. Yalnız 24.07.2019-cu il tarixdə borcluya xəbərdarlıq məktubu göndərilmişdir. İcra sənədi verildiyi tarixdən indiyədək borcludan yalnız bir dəfə - 16.08.2021-ci il tarixdə izahat alınmış, vaxt verilmədən həmin gündə də inzibati məsuliyyətə cəlb edilməsi barədə protokol tərtib edilmişdir. Belə olan halda məhkəmə icra və probasiya şöbəsi tərəfindən təqdim edilmiş materialları natamam hesab edir və eləcə də qeyd edir ki, icra sənədinin borclu tərəfindən icra edilməsi üçün icra məmuru tərəfindən bütün zəruri tədbirləri həyata keçirməməsi borclunun icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırmasının müəyyən edilməsində əsaslı şübhələr yaranmasına səbəb ola bilər. İXM-nin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 109-cu maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Gədəbəy rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Gədəbəy rayon İcra və Probasiya şöbəsinə qaytarılsın. Hakim: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-213/2021
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №3(042)-213/2021
16.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver