Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-213/2022 18.08.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 342.9-cu maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gədəbəy rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materiallardan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə “Mazda CX-9 minik” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan istifadəsinə görə Gədəbəy rayon Polis şöbəsi Şəxs 342.9-cu maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında protokol tərtib edərək toplanmış materialla birlikdə baxılması üçün Gədəbəy rayon Məhkəməsinə göndərmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, o, 17 avqust 2022-ci il tarixdə Gədəbəy rayonuna toy mərasiminə gəlmişdir. O, toya gedərkən “Mazda CX-9 minik” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. Avtomobilin sahibi isə yanında olmuşdur. Bu zaman YPX-nin əməkdaşları onu saxlayaraq, avtomobilin dövlət qeydiyyat nişanını üzərinə yapışdırılmış bəzəyə görə onun sənədlərini almış və Gədəbəy rayon Polis şöbəsinə yaxınlaşması bildirilmişdir. Daha sonra isə onun barəsində protokol tərtib edilmişdir. Avtomobil nə onun adına olmamış, nə də ki, avtomobili idarə etməsinə dair etibarnaməsi olmamışdır. Eləcə də, dövlət qeydiyyat nişanını üzərinə bəzəyi o yapışdırmamış və bəzəyin yapışdırılmasından xəbəri olmamışdır. Ona görə də, onun heç bir təqsiri yoxdur. Odur ki, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallardan görünür ki, Gədəbəy rayon Polis şöbəsi Şəxs barəsində İXM-in 342.9-cu maddələri ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikası İXM-nin 342.9-ci maddəsinə əsasən, nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs barəsində İXM-nin 342.1.9-cu maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan istifadə edilməsinə görə inzibati xata haqqında protokol tərtib olunmuşdur. Qeyd edilən hüquq normasına əsasən, Şəxs əməlində İXM-nin 342.1.9-cu maddəsinin tərkibinin yaranması üçün o, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğudan istifadə etməlidir. Məhkəmədə müəyyən olundu ki, Şəxs izahatında “Mazda CX-9 minik” markalı **- BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin ona məxsus olmadığını və həmin avtomobili idarə etməsi üçün adına etibarnamə olmadığını, avtomobili sahibinin yanında olduğunu və dövlət qeydiyyat nişanının üzərinə yapışdırılmış örtükdən xəbərinin olmadığını, həmin örtüyün onun yapışdırmadığını bildirmişdir. Eləcə də, inzibati xəta haqqında material Şəxs təqsirini sübuta yetirən hər hansı sübut əlavə edilməmişdir. Belə ki, Şəxs həmin avtomobilə dair hər hansı hüququnun olması və həmin nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüyün onun tərəfindən qurşadılması öz təsdiqini tapmır. İXM-in 114.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: 114.1.1. inzibati tənbeh vermə haqqında; 114.1.2. inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında; 114.1.3. inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında; 114.1.4. inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. İXM-in 114.2-ci və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır: İXM-in 53.0 və 53.0.2-ci maddələrinin tələblərinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 11, 40, 43, 48-51, 61, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-213/2022
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-213/2022
18.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver