Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-214/2024 07.10.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Qərardan şikayət vermiş şəxs X4 iştirakı ilə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin inzibati tənbehin verilməsi haqqında 10 iyun 2024-cü il tarixli, MN ******* nömrəli qərarından barəsində inzibati tənbeh tətbiq edilən X4 şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin inzibati tənbehin verilməsi haqqında 10 iyun 2024-cü il tarixli, MN ******* nömrəli qərarı ilə X4 İXM-in 210.1-ci maddəsi ilə tərtib olunmuş protokola görə 5000 manat məbləğində cərimə edilməsini qərara almışdır. X8 şikayət verərək, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və barəmdə İXM-in 210.1 -ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X8 şikayətini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə təqsirli bilinərək 5000 manat məbləğində cərimə olunmuşdur. O, qərardan narazıdır və hesab edir ki, qərar əsassız və qanunsuz olduğundan ləğv edilməli, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin əməkdaşları onun xəbəri olmadan və ona məlumat verilmədən xx.xx.2024-cü il tarixdə Gədəbəy şəhəri, 20 Yanvar küçəsində yerləşən aptekdə lisenziya olmadan özəl tibbi fəaliyyətlə (əczaçılıqla) məşğul olması faktının aşkar edilməsinə görə barəsində xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nazir müavini X2 xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1 -ci maddəsi ilə təqsirli bilinərək 5000 manat məbləğində cərimə olunmuşdur. Lakin sözügedən obyektdə (aptekdə) yoxlama aparılarkən, bu barədə protokol tərtib edilərkən, eləcə də barəsində inzibati tənbeh vermə haqqında qərar qəul edilərkən, onun xəbəri olmamamış, iştirakı təmin edilməmiş, izahatı alınmamış, protokol onun tərəfindən imza edilməmiş və ona rəsmi qaydada təqdim edilməmişdir. Barəsində olan inzibati xəta haqqında protokol xx.xx.2024-cü il tarixdə aşkar edilmiş fakta (lisenziya olmadan özəl tibbi fəaliyyətlə (əczaçılıqla) məşğul olma faktına) görə tərtib edilmiş, lakin həmin müddətdən 1 ay 15 gün sonra, yəni xx.xx.2024-cü il tarixdə tərtib edilmişdir. Eləcə də İXM-in 210.1 -ci maddəsində göstərilən inzibati xəta İXM-in 102.1-ci maddəsinə əsasən inzibati araşdırma tələb edən inzibati xətalara aid deyildir. Bununla da inziabti xəta haqqında protokol tərtib edilərkən İXM-in 101-ci maddəsinin tələbləri pozulmuşdur. Göründüyü kimi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İXM-in yuxarıda qeyd olunan normalarının tələblərinə riayət etməmişdir. Odur ki, hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı qanunsuz olduğundan ləğv edilməlidir. Həmçinin sözügedən inzibati tənbeh vermə haqqında qərardan onun xəbəri olmamış, qərar və inzibati xəta haqqında protokol ona rəsmi qaydada göndərilməmiş, qərar icraya yönəldikdən sonra Gədəbəy rayon İcra və Probasiya şöbəsindən o şöbəyə dəvət olunduqdan sonra xx.xx.2024-cü il tarixdə qərarın və protokolun kserosurətini əldə edərək barəsində belə bir cərimə qərarının olmasını bilmişdir. Ona görə də qərardan indi şikayət verməli olmuşdur. Bunu nəzərə alaraq qərardan şikayət verməsi üçün müddətin buraxılmamış hesab edilməsini istəyir. Qərardan şikayət vermiş şəxs X8 məhkəmə iclasında şikayət ərizəsində göstərilənlərə oxşar izahat verdi və əlavə olaraq bildirdi ki, fəaliyyət göstərdiyi əczaxanaya Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşları tərəfindən yoxlama gəlmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən onun fəaliyyət göstərdiyi əczaxanaya yoxlama gəlməmiş, dəvət olunmamış və onun izahatı alınmamışdır. Odur ki, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. İnzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş şəxs qanunla müəyyən edilmiş qaydada məhkəmə baxışının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə bildirməmiş, məhkəmə baxışının təxirə salınması barədə məhkəməyə vəsatəti daxil olmamışdır. Məhkəmə İXM-nin 133.2.4-cü maddəsinə əsasən, inzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin vəzifəli şəxsinin 10 iyun 2024-cü il tarixli, MN ******* nömrəli qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə Gədəbəy şəhəri, 20 Yanvar küçəsində yerləşən aptekdə X8 tərəfindən lisenziya olmadan özəl tibbi fəaliyyət (əczaçılıq) göstərməsi faktı aşkar edilmiş və X8 İXM-in 210.1ci maddəsi ilə 5000 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin vəzifəli şəxsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, xx.xx.2024-cü il saat 15:30 tarixdə ünvan 1 ünvanında yerləşən X7 məxsus aptekdə xüsusi razılıq (lisenziya) olmadan əczaçılıq fəaliyyəti ilə məşğul olması faktı aşkar edilmiş və X4 barəsində İXM-in 210.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə ünvanlanmış 13 may 2024-cü il tarixli məktubun surərətindən görünür ki, Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən aparılan aşadırma zamanı ünvan 1 ünvanında yerləşən “Aptekdə” X4 xüsusi razılıq olmadan (lisenziya) qanunsuz özəl tibb fəaliyyət ilə (əczaçılıq fəaliyyəti) məşğul olması müəyyən edilmiş, X4 barəsində İXM-nin 210.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə göndərilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərardan və ona əlavə edilmiş Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən X7 məxsus Aptek məntəqəsində xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə operativ vergi nəzarətinin aparılması qərara alınmışdır. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 08 may 2024-cü il tarixli lisenziya tələb olunan fəaliyyəti növləri ilə belə lisenziya olmadan məşğul olan şəxslərin aşkar edilməsi üzrə operativ vergi nəzarətinin nəticələri haqqında aktın surətindən görünür ki, xx.xx.2024-cü il saat 15:30 tarixdə ünvan 1 ünvanında yerləşən X7 məxsus aptekdə xüsusi razılıq (lisenziya) olmadan əczaçılıq fəaliyyəti ilə məşğul olması faktı aşkar edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, vətəndaş X5 xx.xx.2023-cü il tarixli, 14 saylı Ərazi Vergilər İdarəsinə ünvanlanmış X4 Gədəbəy şəhəri, 20 yanvar küçəsində yerləşən “Aptekdə" lisenziya olmadan əczaçılıqla fəaliyyəti ilə məşğul olduğu barədə müraciəti vergi orqanlarının səlahiyyətləri daxilində araşdırılmışdır. Araşdırma zamanı müraciətdə göstərilən aptekin ünvan 4 ünvanında yerləşdiyi, X7 məxsus olduğu, xx.xx.2004-ci il tarixdə 14 saylı Ərazi Vergilər İdarəsində (VÖEN: **********) uçota alındığı və xüsusi razılıq olmadan (lisenziya) qanunsuz özəl tibb fəaliyyəti ilə (əczaçılıq fəaliyyəti) məşğul olduğu müəyyən edilmişdir. 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən X4 barəsində İXM-nin 210.1ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən toplanmış material əsas götürülməklə 10 iyun 2024-cü il tarixli, MN ******* nömrəli qərara əsasən, X8 İXM-in 210.1-ci maddəsi ilə 5000 manat məbləğində cərimə edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin vəzifəli şəxsi tərəfindən X4 barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən tərtib edilmiş akt və izahatı əsas götürülmüş, inzibati xəta haqqında protokjol tərtib edilərkən X4 izahatı alınmamış, obyektə baxış keçirilməmiş, aptekin qanuni fəaliyyət göstəribgöstərməmıəsinə dair hər hansı sənəd tələb edilməmiş, əlavə heç bir araşdırma aparılmadan inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bütün qeyd olunan hallara məhkəmə qiymət verərək hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş şəxs tərəfindən işin tam, hərtərəfli və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Belə ki, İXM-in 100.1-ci maddəsinə əsasən, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən, protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Göründüyü kimi, vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən və inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən yuxarıda qeyd edilən inzibati xəta haqqında hüquq normalarının tələbləri pozulmuşdur. İXM-in 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. İXM-in 135.1 və 135.1.6-cı maddələrinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin vəzifəli şəxsinin inzibati tənbehin verilməsi haqqında 10 iyun 2024-cü il tarixli, MN ******* nömrəli qərarı ləğv edilməli və inzibati xəta haqqında materiala yenidən baxılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X6” publik hüquqi şəxsinə tapşırılmalıdır. Məhkəmə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 38, 53, 115 və 130-137-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: X4 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin vəzifəli şəxsinin inzibati tənbeh verilməsi haqqında 10 iyun 2024-cü il tarixli, MN ******* nömrəli qərarı ləğv edilsin və X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala yenidən baxılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X6” publik hüquqi şəxsinə tapşırılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-214/2024
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-214/2024
07.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver