Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-215/2024 28.08.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, Şəxs iştirakı ilə, xx.xx.1990-cə il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Gədəbəy rayon, Çanaqçı kəndində yaşayan Şəxs barəsində Gədəbəy Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İXM-nin 332.1. və 327.8-ci maddələri ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.1. və 327.8-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək, bildirmişdir ki, həqiqətən17 iyun 2024-cü il tarixdə atasına məxsus avtomobili etibarnamə olmadan idarə etmiş və Gədəbəy rayonu ərazisində Şirxan restoranı yaxınlığında qəza törtəmişdir. Nəticədə iki nəfər şəxs yüngül dərəcəli xəsarətlər almışlar. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.1 və 327.8-ci maddələri ilə tərtib edilmişdir. İşdə olan Cinayət İşinin Başlanılmasının X5 Qərardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 332.1. və 327.8-ci maddələrinin tərkib əlamətləri olduğundan onun barəsində cinayət təqibinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasənBu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə -üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə-qırx manat məbləğində cərimə edilir. Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, məhkəmə təqdim olunmuş sübutları tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs 17 iyun 2024-cü il tarixdə Gədəbəy rayonunun Slavyanka kəndi ərazisində etibarnamə olmadan idarə etdiyi “Qaz 3302” yük markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsilə yol hərəkət qaydalarını pozmuş, qəza törətmiş, xx.xx.2003-cü il təvəllüdlü X2 və xx.xx.2001-ci il təvəlüdlu X1 yüngül dərəcəli zərər yetirmişdir. Yəni, o, Azərbaycan Respublikası İXM-nin 332.1. və 327.8-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta əməllərini törətmişdir. Məhkəmə törədilmiş əməllərin ictimai təhlükəlilik dərəcəsini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyası həddində sürücülük hüququnun məhdudlaşdırılması inzibati tənbehi tətbiq edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 105, 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 332.1. və 327.8-ci maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinsin və onun nəqliyyat vasitəsini idarə etmək hüququ 06 ay müddətə məhdudlaşdırılsın. Qərarın icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-215/2024
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-215/2024
28.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver