Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-215/2025 10.09.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Əsgərova Rəsmiyə Cəmil qızının katibliyi, Gədəbəy Rayon Prokurorunun nümyəndəsi X1,barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun qanuni nümqyəndəsi X5 və müdafiəçisi X7 oğlu, zərəçəkmiş səxs X8 iştirakları ilə xx.xx.2009-cu il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsili Gədəbəy rayonu, Gər-Gər kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Gədəbəy RPŞ-dən daxil olmuş Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Gədəbəy Rayon Polis Şöbəsi tərəfindən 12 avqust 2025-c il tarixdə zərərçəkmiş şəxs X4 məxsus avtomobilin ön və arxa şüşələrini daşla sındıraraq, 345 manat maddi ziyan vurması ilə əlaqədar Azərbaycan Respublikası İXM-nin 232-1-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək, bildirmişdir ki, X2 Sevil Nuru qıznln oğludur.Onların aralarında münaqişə baş vermişdir.Həmin münaqişədən sonra o, X4 məxsus avtomobilin ön və arxa şüşələrini daşla sindırmişdir. Məhkəmə iclasında zərəçəkmiş şəxs X12 izahat verərək, bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs onun oğlu Eminlə mübahisə yaratmış və həmin mübahisədən sonra ona məxsus avtomobilin ön və arxa şüşələrini daşla sındıraraq, 345 manat maddi ziyan vurmşdur. Məhkəmə iclasında Gədəbəy Rayon Prokurorluğunun nümayəndəsi X1 izahat verərək, bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Gədəbəy rayonu, Gər-Gər kənd sakinidir. O, həmkəndlisi X10 məxsus avtomobilin ön və arxa şüşələrini daşla sındıraraq, 345 manat maddi ziyan vurmaş, zərərçəkmişə 345 manat maddi ziyan vurmuşdur. Ona görə də onun barəsində inzibati tənbeh verilməsini xahiş edir. Gədəbəy Rayon Polis Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında əməkdaşının iştirakını təmin etməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə Gədəbəy Rayon Polis Şöbəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 18 iyul 2025-ci il tarixli qərardan görünür ki, vurulmuş zərərin məbləği 345 manat olduğu üçün Şəxs və X13 barəsində cinayət işinin başlanılması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi qərara alınmışdır. İşdə olan 12 avqust 2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində 05 iyul 2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir və ona bu maddənin sanksiyası həddində inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini və işin digər hallarını nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin sanksiyası həddində cərimə inzibati tənbehinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə yuxarıda göstəilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İXMnin 106-112-ci, 114-115-ci və 117-ci maddəsini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin və ona inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli məbləğdə, yəni, 345 manat inzibati cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti tərəflərə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-215/2025
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-215/2025
10.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver