Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-216/2022 11.08.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X2 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Gədəbəy rayon Polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2022-ci il tarixdə Gədəbəy rayon Polis şöbəsinin Təhqiqat Bölməsində barəsində olan materialla əlaqədar olaraq Gədəbəy RPŞ-ə dəvət edilmiş, şöbənin inzibati binasının qarşısında nalayiq söyüşlər söyərək ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmiş, həmçinin onun bu hərəkətlərinin qarşısı alınmasına və nizam-intizama dəvət etməyə çalışan polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə onun barəsində inzibati protokol tərtib edilmiş və toplanmış material protokolla birlikdə baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. O, Gədəbəy rayon Polis şöbəsinə dəvət edilmiş və xx.xx.2022-ci il tarixdə şöbəyə gəlmişdir. Onu polis şöbəsinə oğurluqla əlaqədar çağırmışlar. Lakin, onun oğurluqla heç bir əlaqəsi yoxdur. Polis şöbəsində səs-küy salmamış və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmuşdur. Odur ki, barəsində olan hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Müdafiəçisi Vəkil məhkəmə iclasında izahat verərək Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. X1 məhkəmə iclasında izahat verərək bildirdi ki, o, Gədəbəy rayonu, Novoivanovka kəndində yaşayır. Gədəbəy rayon Polis şöbəsinin işləyir. 10 avqust 2022-ci il tarixdə Şəxs təhqiqat bölməsində olan işlə əlaqədar şöbəyə dəvət etmişlər. Həmin tarixdə Şəxs şöbəyə gələrək inzibati binanın qarşısında ucadan danışmağa başlamış, lakin, sonradan polis əməkdaşlarının tələblərinə tabe olmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, onun müdafiəçisini və şahidi dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından onun barəsində həmin maddələr ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati xəta üzrə iş materiallarında olan 10 avqust 2022-ci il tarixdə Gədəbəy rayon Polis şöbəsinin sahə rəisi, polis mayoru Nəsimi Əliyev tərəfindən tərtib edilmiş MN ******* №-li inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə Gədəbəy rayon Polis şöbəsinin Təhqiqat Bölməsində barəsində olan materialla əlaqədar olaraq Gədəbəy RPŞ-ə dəvət edilmiş, şöbənin inzibati binasının qarşısında nalayiq söyüşlər söyərək ictimai qaydanı pozmuş, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət müəyyən edir. Həmin Məcəllənin 535.1-ci maddəsi polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət müəyyən edir. Maddənin məzmunundan aydın olur ki, polisin qanuni tələbinə qəsdən tabe olmama o halda olur ki, polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra etsin və bu zaman inzibati xəta törətmiş şəxs polisin qanuni tələblərinə qəsdən tabe olmasın. İctimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Şəxs polisin qanuni tələbinə tabe olmaması və ictimai qaydanı pozması barədə heç bir mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. MN ******* nömrəli, 10 avqust 2022ci il tarixli inzibati xəta haqqında protokola əsasən bаrəsində inzibаti xətа hаqqındа iş üzrə icrааt аpаrılаn şəxs Şəxs Azərbaycan Respublikası İnzibаti Xətаlаr Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xətanı törətməsi, yəni onun əməlində həmin maddələr ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması iş materialları ilə sübuta yetirilmir. Eləcə də, məhkəmə iclasında dindirilmiş X1 izahatında barəsində icraat aparılan şəxsin onlara qarşı hər hansı müqavimət göstərmədiyini, əvvəlcə səs-küy salmaq istədiyini lakin, sonradan onların tələblərinə tabe olduğunu bildirmişdir. İXM-in 114.2-ci və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır: İXM-in 53.0 və 53.0.2-ci maddələrinin tələblərinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qeyd edir ki, Şəxs təqsiri sübuta yetirilmədiyindən onun əməlində inzibati xəta tərkibi yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 11, 40, 43, 48-51, 61, 77, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-216/2022
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-216/2022
11.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver