Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-217/2025 13.08.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Salmanov Orxan Aqil oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X3, zərərçəkmişlər X4, X7,X5 və X1 iştirakları ilə xx.xx.1981-ci il tarixdə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Şəmkir şəhəri, Kür qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsi, ev 6, mənzil 2-də yaşayan Şəxs barəsində Gədəbəy RPŞ-dən Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində 13 avqust 2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək, bildirmişdir ki, o, Şəmkir rayonu, Kür qəsəbəsində yaşayır.13 avqust 2025-ci il tarixdə Gədəbəy şəhərinin mərkəzində yük maşınının sürücüsü ilə uca səslə mübahisə etmiş, polis əməkdaşları ona irad bildirmiş, o, əsəbi olduğu üçün onlarla da mübahisə etmişdir. Qadın olmasının nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş X4 izahat verərək, bildirmişdir ki, Şəxs 13 avqust 2025-ci il tarixdə Gədəbəy şəhərinin mərkəzində ictimai qaydanı pozmuş və Gədəbəy RPŞ-nın PPXB-nin əməkdaşalrı tərəfindən Gədəbəy RPŞ-ə gətirilmişdir. O, şöbənin izibati binasında uca səslə nalayiq ifadələr işlədərək, şöbənin iş fəaliyyətini pozmuşdur. Onu nizam-intizama dəvət etsələr də, o, polisin qanuni tələblərinə tabe olmamışdır.Ona görə də qərar çıxarılarkən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş X9 izahat verərək, bildirmişdir ki, 13 avqust 2025-ci il tarixdə Gədəbəy şəhərinin mərkəzində icraatında cinayət işi ilə əlaqədar istintaq hərəkətləri həyata keçirmiş, bu zaman Şəxs uca səslə şəhərin mərkəzində nalayiq söyüşlər söydüyünü eşitmiş, ona iradını bildirmişdir. Lakin o, sakitləşməmiş, əksinə onu və post patrul xidməti əməkdaşlarını nalayiq sözlərlə təhqir etmiş, araşdırma üçün polis şöbəsinə getməkdən imtina etmişdir. Polis əməkdaşları onu polis şöbəsinə aparmış, o, şöbədə də onları nalayiq söyüşlərlə söymüş və nalayiq ifadələrlə hədələmişdir. Ona görə də qərar çıxarılarkən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxslər Gədəbəy RPŞ-nin əməkdaşları X7 və X5 eyniməzmunlu izahatlar vermişlər. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində xx.xx.2025ci il tarixdə ictimai qaydanı pozması və polisin qanuni tələblərinin yerinə yetirməməsi ilə əlaqədar Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə tərtib edilmişdir. Məhkəmə iclasında təhqiq edilmiş audio-video diskdə olan yazılardan görünür ki, Əliyeva X2 şəhərinin mərkəzində və polis şəbəsinin inzibati binasında polis əməkdaşlarını nalayiq ifadələrlə söyür və hədələyir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdəbir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Beləliklə, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmişləri dinləyərək, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx.xx.2025ci il tarixdə Gədəbəy şəhərinin mərkəzində və polis şöbəsinin inzibati binasında polis ənəkdaşlarını nalayiq ifadələrlə söyür və hədələmiş, ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış və bununla da Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Ona görə də o, həmin əməli törətdiyinə görə inzibati məsuıiyyətə cəlb edilməli, barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsilə olan icraata xitam verilməlidir. Məhkəmə törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini nəzərə alaraq, belə qərara gəlir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində həbs inzibati tənbehinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İXM-nin 53, 105, 106-112-ci, 114-115-ci və 117-ci maddəsini rəhbər tutaraq, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinsin və ona 10 gün müddətində həbs növündə inzibati tənbeh təyin edilsin. Həbsdə saxlamanın əvvəli 13 avqust 2025-ci il tarixdən, saat 1510-dan hesablansın. Qərarın icrası Gədəbəy Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən:Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-217/2025
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-217/2025
13.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver