Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 3(042)-218/2022 15.08.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X3 oğlunun katibliyi ilə, X1 Gəncə şəhər X5 Xidmətinin xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından daxil olmuş şikayət üzrə X1 ərizəsinə və iş materiallarına baxaraq, Müəyyən etdim: İnzibati xəta haqqında işdən görünür ki, Gəncə şəhər X5 Xidmətinin xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoluna əsasən, X2 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinmişdir. X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhər X5 Xidmətinin xx.xx.2020-ci il tarixli, İXP ******* saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında işdən məlum olur ki, X2 şikayət ərizəsində inzibati tənbeh vermə haqqında qərardan şikayət verdiyini bildirsə də, o, xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan şikayət vermişdir. Lakin məhkəmə qeyd edir ki, İXM-nin müvafiq normalarına əsasən, inzibati xəta haqqında protokoldan deyil, inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi nəzərdə tutulmuşdur. Bundan başqa X1 inzibati məsuliyyətə cəlb edilməsindən təxminən iki ilə yaxın müddət keçmişdir ki, belə olan halda X2 inzibati tənbeh vermə haqqında qərardan nəzərdə tutulmuş 10 gün müddətində şikayət verməmiş və qanunla nəzərdə tutulmuş müddəti buraxmışdır. Eləcə də, X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərkən buraxılmış müddətin bərpasına dair vəsatət verməmişdir. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Məhkəmə qeyd olunan halları, şikayət ərizəsini natamam verilməsi kimi qiymətləndirir və hesab edir ki, şikayət ərizəsi baxılmadan geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM 109.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı aşağıdakı məsələlər barəsində qərardad qəbul edilir: 109.1.1. işin baxılması tarixinin və yerinin təyin edilməsi; 109.1.2. işin baxılmasında iştirak etmək üçün bu Məcəllənin 61-67-ci, 69-72-ci maddələrində göstərilən şəxslərin çağırılması; 109.1.3. iş barəsində zəruri olan əlavə materialların tələb edilməsi; 109.1.4. ekspertizanın təyin edilməsi; 109.1.5. işə baxılmanın təxirə salınması; 109.1.6. protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması; 109.1.7. əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 109.1-ci maddəsini rəhbər tutaraq , QƏRARA ALDİM: X2 tərəfindən Gəncə şəhər X5 Xidmətinin xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından daxil olmuş şikayət üzrə şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-218/2022
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №3(042)-218/2022
15.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver