Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-219/2022 29.08.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X4 Xidməti Gəncə Regional X4 İdarəsinin etibarnamə üzrə nümayəndəsi X3 iştirakları ilə, "xxxx" Şirkətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 518.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X4 Xidməti Gəncə Regional X4 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M ü ə y y ə n e t d i: ünvan 1 ünvanında yerləşən "xxxx" Şirkətinə məxsus X6 xx.xx.2022-ci il tarixdə yanğın-texniki müayinə zamanı 01-2001 nömrəli X1 1.9.12-ci bəndinin, 03-2002 nömrəli X1 2.2.17-ci bəndinin və 03-2002 nömrəli X1 4.1-ci bəndinin pozulması aşkar olunmuş və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X4 Xidməti Gəncə Regional X4 İdarəsi tərəfindən "xxxx" Şirkətinin İXM-in 518.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə 29 iyul 2022-ci il tarixdə MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək, aidiyyəti üzrə baxılması üçün Gədəbəy rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" Şirkətinə qanunla müəyyən edilmiş qaydada məhkəmə baxışının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin üzürlü səbəb olmadan şirkətin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə bildirməmiş, məhkəmə baxışının təxirə salınması barədə məhkəməyə vəsatəti daxil olmamışdır. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən, məhkəmə inzibati xəta törətməkdə təqsirləndirilən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X4 Xidməti Gəncə Regional X4 İdarəsinin etibarnamə üzrə nümayəndəsi X8 məhkəmə iclasında izahat verərək bildirdi ki, o, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X4 Xidməti Gəncə Regional X4 İdarəsində böyük inspektor vəzifəsində işləyir. ünvan 1 ünvanında yerləşən "xxxx" Şirkətinə məxsus X6 xx.xx.2022-ci il tarixdə yanğın-texniki müayinə zamanı 01-2001 nömrəli X1 1.9.12-ci bəndinin, 03-2002 nömrəli X1 2.2.17-ci bəndinin və 03-2002 nömrəli X1 4.1-ci bəndinin pozulması aşkar olunmuşdur. Ona görə də, "xxxx" Şirkətinin barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, "xxxx" Şirkəti barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta üzrə iş materiallarında olan 29 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X4 Xidməti Gəncə Regional X4 İdarəsi tərəfindən tərtib edilmiş MN ******* №-li inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən "xxxx" Şirkətinə məxsus X6 xx.xx.2022-ci il tarixdə yanğın-texniki müayinə zamanı 01-2001 nömrəli X1 1.9.12-ci bəndinin, 03-2002 nömrəli X1 2.2.17-ci bəndinin və 03-2002 nömrəli X1 4.1-ci bəndinin pozulması aşkar olunmuşdur. İnzibati xəta üzrə iş materialda olan xx.xx.2022-ci il tarixli, 2971 saylı “yanğın-texniki müayinən aparılması haqqında qərardan və ona əlavə edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən "xxxx" Şirkətinə məxsus X6 xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə yanğın-texniki müayinənin aparılması qərara alınmışdır. İnzibati xəta üzrə iş materialda olan 29 iyul 2022-ci tarixli planlı yanğın-texniki müayinə aktından görünür ki, ünvan 1 ünvanında yerləşən "xxxx" Şirkətinə məxsus X6 obyektin əsaslı təmiri, yenidən qurulması və genişləndirilməsi zamanı tikinti layihə sənədləri X4 Xidməti ilə razılaşdırılmamış, obyektin ərazisində yerləşən binaların çardax hissəsində olan taxta elementləri oda davamlı məhlulla hopdurulmayıb və obyektin ərazisində yerləşən binaların qurğuları, tikililəri X7 Xidməti ilə razılaşdırılmadan fəaliyyət göstərir. Məhkəməyə təqdim edilmiş sübutlarla və işdə iştirak edən şəxsin izahatı ilə müəyyən edildi ki, ünvan 1 ünvanında yerləşən "xxxx" Şirkətinə məxsus X6 obyektin əsaslı təmiri, yenidən qurulması və genişləndirilməsi zamanı tikinti layihə sənədləri X4 Xidməti ilə razılaşdırılmamış, obyektin ərazisində yerləşən binaların çardax hissəsində olan taxta elementləri oda davamlı məhlulla hopdurulmamış və obyektin ərazisində yerləşən binaların qurğuları, tikililəri X7 Xidməti ilə razılaşdırılmadan fəaliyyət göstərmişdir. Bu barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X4 Xidməti Gəncə Regional X4 İdarəsinin əməkdaşı tərəfindən akt tərtib edilmişdir. ünvan 1 ünvanında yerləşən "xxxx" Şirkətinə məxsus X6 xx.xx.2022-ci il tarixdə yanğın-texniki müayinə zamanı 01-2001 nömrəli X1 1.9.12-ci bəndinin, 03-2002 nömrəli X1 2.2.17-ci bəndinin və 03-2002 nömrəli X1 4.1-ci bəndinin pozulması aşkar olunduğuna görə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X4 Xidməti Gəncə Regional X4 İdarəsi tərəfindən "xxxx" Şirkətinin İXM-in 518.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə 29 iyul 2022-ci il tarixdə MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək, aidiyyəti üzrə baxılması üçün Gədəbəy rayon Məhkəməsinə göndərilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, "xxxx" Şirkətinin əməli İXM-nin 518.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və onun həmin əməli törətməsi iş materialları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, 01-2001 nömrəli Azərbaycan Respublikasinda Yanğin Təhlükəsizliyi Qaydalarının 1.9.12-ci bəndinə əsasən, Azərbaycan Respublikası ərazisində yerləşən hüquqi şəxslər (müəssisələr), yanğın təhlükəsizliyi tələblərinin yerinə yetirilməsinin təmin edilməsi sahəsində hüquqi şəxsin (müəssisənin) əsaslı təmiri, yenidən qurulması və genişləndirilməsi zamanı tikinti layihə sənədlərini X4 Orqanları ilə razılaşdırmaq, həmçinin yuxanda adlan çəkilən tikinti quraşdırma işlərinin yerinə yetirilməsi və ya müəssisənin təyinatı üzrə fəaliyyəti dəyişdikdə bu haqda həmin orqanlara məlumat vermək vəzivəsini yerinə yetirməlidirlər. 03.2002 nömrəli ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğin təhlükəsizliyi qaydalarının 2.2.17-ci bəndinə əsasən, yanar tikililərdə külli miqdarda qiymətli malların saxlanıldığı zaman müəssisələrin rəhbərləri həmin obyektlərin yanğına qarşı mühafizəsinin yaxşılaşdırılması sahəsində əlavə tədbirlər ( ağac konstruksiyaları odadavamlı məhlulla hopdurmalı, yanğın siqnalizasiya sisteminin qurulması, qiymətli malların saxlanılmasının məhdudlaşdırılması, mühafizə xidmətinin gücləndirilməsi) həyata keçirilməlidir. 03.2002 nömrəli ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğin təhlükəsizliyi qaydalarının 4.13-cü bəndinə əsasən, istehlakçıların ticarət və ictimai iaşə müəssisələrində mövcud olduğu zaman orada açıq oddan istifadə etməklə təmir işlərinin aparılması qadağan edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə - fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, "xxxx" Şirkətinin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi vardır və o həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, "xxxx" Şirkəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirli bilinib cərimə inzibati tənbehinin tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11, 40, 43, 48-51, 61, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, Q ə r a r a a l d ı: "xxxx" Şirkəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirli bilinib 350 manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-219/2022
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-219/2022
29.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver