Məhkəmə qərarları › İş №3(042)-219/2025

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №3(042)-219/2025

14.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 3(042)-219/2025 14.08.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsinin hakimi Mirzəquliyev X1 Arif Müslüm oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə Gədəbəy Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş üzrə materiala baxaraq, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə Gədəbəy Rayon Prokurorluğunda inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında çıxarılmış qərar məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarır. Beləliklə, işin icraata götürülməsinin mümkünlüyü məsələsi yoxlanılarkən müəyyən edilmişdir ki, Gədəbəy Rayon Prokurorluğundan daxil olmuş sənədlər natamamdır, işə baxılarkən bu natamamlığın tamamlanması mümkün deyildir. Ona görə də inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərar və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 109-cu maddəsini rəhbər tutaraq, qərara aldı: Gədəbəy Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərar və əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar