Məhkəmə qərarları › İş №3(042)-220/2022

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №3(042)-220/2022

29.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 3(042)-220/2022 29.08.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X5 oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gədəbəy rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Gədəbəy rayon Polis şöbəsinin sahə rəisi, polis mayoru Kənan İsgəndərov tərəfindən Şəxs barəsində İXM-in 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə 02 avqust 2022-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək, İXMnin 43-cü maddəsinə əsasən aidiyyəti üzrə baxılması üçün Gədəbəy rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Gədəbəy rayonu, Qoşabulaq kənd sakini X4 17 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin “102” xidmətinə məlumat verərək Şəxs Əhməd qızı ilə aralarında münaqişə olmasını və ona məxsus obyekti dağıtmasını bildirmiş və bu barədə Gədəbəy rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı polis polkovnik-leytenantı İlham Kərimov tərəfindən araşdırma aparılmış və 27 iyun 2022ci il tarixli qərarla X2 müraciəti ilə bağlı cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində, X2 işlədiyi yeməkxanada elektirik işıqlarını sındıraraq stolun üstünə sərdiyi süfrələri cıraraq yararsız hala salması nəticəsində sonuncuya 264 manat dəyərində maddi ziyan vurmaqla əmlakını qəsdən məhv etdiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında icraat başlanılması üçün qərarın surəti aidiyyəti üzrə Gədəbəy rayon polis şöbəsinin X1 göndərilməsi qərara alınmışdır. Həmin qərar əsasən, Şəxs barəsində İXM-in 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə 02 avqust 2022-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə qeyd edir ki, Gədəbəy rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı polis polkovnik-leytenantı İlham Kərimov tərəfindən araşdırma zamanı elektirik işıqlarını sındırılaraq stolun üstünə sərdiyi süfrələrin cızılaraq yararsız hala salınması nəticəsində X3 264 manat məbləğində ziyan dəyməsi qeyd edilsə də, vurulmuş ziyanın nədən ibarət olması, onun məbləği və bu faktı təsdiq edən hər hansı sənəd inzibati xəta haqqında materiala əlavə edilməmişdir. Eləcə də, İXM-nin 232-1-ci maddəsinə əsasən, özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilməsi nəzərdə tutulduğundan və vurulmuş ziyanın heç bir əsas olmadan 264 manat məbləğində müəyyən edildiyindən Şəxs İXM-nin 232-1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməsi ədalətli deyildir. Məhkəmə qeyd olunan halları, inzibati xəta haqqında materialların natamam toplanılması kimi qiymətləndirir və hesab edir ki, həmin materiallar baxılmadan geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM 109.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı aşağıdakı məsələlər barəsində qərardad qəbul edilir: 109.1.1. işin baxılması tarixinin və yerinin təyin edilməsi; 109.1.2. işin baxılmasında iştirak etmək üçün bu Məcəllənin 61-67-ci, 69-72-ci maddələrində göstərilən şəxslərin çağırılması; 109.1.3. iş barəsində zəruri olan əlavə materialların tələb edilməsi; 109.1.4. ekspertizanın təyin edilməsi; 109.1.5. işə baxılmanın təxirə salınması; 109.1.6. protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması; 109.1.7. əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 109-cu maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gədəbəy rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında material geri qaytarılsın. Hakim Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar