Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 3(042)-221/2022 15.08.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 327.1, 327.6 və 334.3-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gədəbəy rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: İnzibati xəta haqqında materialdan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 16:50 radələrində Gədəbəy rayonu, Heydər Əliyev prospektində Şəxs idarə etdiyi “VAZ 2105” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə “VAZ 21011” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobili sağ tərəfindən sərt manevr edərkən sonuncu avtomobili vuraraq uzaqlaşmış, polis əməkdaşlarının saxla əminə tabe olmamış və “Gədəbəy rayon Polis şöbəsinin əməkdaşı, polis kapitanı Rufan Həsənov tərəfindən Şəxs barəsində İXM-in 327.1, 327.6 və 334.3-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə 15 avqust 2022-ci il tarixli, İXP ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək, İXM-nin 43cü maddəsinə əsasən aidiyyəti üzrə baxılması üçün Gədəbəy rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə qeyd edir ki, İXM-nin 334.3-cü maddəsində bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə məsuliyyət müəyyən edilir. Qeyd olunan hüquq normasına əsasən, Şəxs İXM-nin 334.3-cü maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirilməli və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmalıdır. Şəxs idarə etdiyi “VAZ 2105” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə “VAZ 21011” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobili vurması nəticəsində zərər çəkmiş şəxsin bədəninə hər hansı xəsarətin yetirib-yetirilməməsini, əgər xəsarət yetilimişdirsə hansı dərəcədə xəsarət yetirilməsini müəyyən edən ekspert rəyi və ya Şəxs təqsiri nəticəsində zərərçəkmiş şəxsə maddi zərərin vurulub-vurulmamasını, əgər zərər vurulmuşdursa nə qədər zərər vurulmasını təsdiq edən hər hansı sübut, eləcə də, zərər çəkmiş şəxsin şikayətinin olub-olmaması barədə izahatı inzibati xəta haqqında materiala əlavə edilməmişdir. İXM-nin 115.2-ci maddəsinə əsasən, inzibati xətaya görə inzibati tənbeh tətbiq etmə ilə eyni vaxtda vurulmuş maddi zərərin ödənilməsi, həmçinin inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxsə məcburi müalicənin təyin edilməsi məsələləri hakim tərəfindən həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə qeyd edir ki, İXM-də inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokolun daxil olduğu gün baxılması nəzərdə tutulduğundan, məhkəmə tərəfindən zərər çəkmiş şəxsin bədəninə hər hansı xəsarətin yetirib-yetirilməməsini, əgər xəsarət yetilimişdirsə hansı dərəcədə xəsarət yetirilməsini və ya Şəxs təqsiri nəticəsində zərərçəkmiş şəxsə maddi zərərin vurulubvurulmamasını, əgər zərər vurulmuşdursa, nə qədər zərər vurulmasını müəyyən etmək üçün zəruri tədbirlərin görülməsi mümkün deyildir. Eləcə də, Şəxs barəsində inzibati tənbeh tətbiq ediləcəyi təqdirdə, əgər zərər çəkmiş şəxsə maddi zərər vurulmuşdursa, maddi zərərin məbləği müəyyən edilmədiyindən, maddi zərərin ödənilməsi məsələsinin hakim tərəfindən həll edilməsi mümkün olmayacaqdır. Məhkəmə qeyd olunan halları, inzibati xəta haqqında materialların natamam toplanılması kimi qiymətləndirir və hesab edir ki, həmin materiallar baxılmadan geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM 109.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı aşağıdakı məsələlər barəsində qərardad qəbul edilir: 109.1.1. işin baxılması tarixinin və yerinin təyin edilməsi; 109.1.2. işin baxılmasında iştirak etmək üçün bu Məcəllənin 61-67-ci, 69-72-ci maddələrində göstərilən şəxslərin çağırılması; 109.1.3. iş barəsində zəruri olan əlavə materialların tələb edilməsi; 109.1.4. ekspertizanın təyin edilməsi; 109.1.5. işə baxılmanın təxirə salınması; 109.1.6. protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması; 109.1.7. əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 109-cu maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6 və 334.3cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gədəbəy rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında material geri qaytarılsın. Hakim Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-221/2022
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №3(042)-221/2022
15.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver