Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-222/2020 30.10.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, şikayət vermiş şəxs X2 iştirakı ilə, X1 Rayon Polis İdarəsinin DYP Şöbəsinin xx.xx.2018-ci il tarixli, TYP 141696 nömrəli qərarından şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 Rayon Polis İdarəsinin DYP Şöbəsinin xx.xx.2018-ci il tarixli, TYP 141696 nömrəli qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X4 şikayətin məzmununa uyğun izahat verərək bildirmişdir ki, xx.xx.2018-ci il tarixdə Qaradağ rayonu ərazisində yerləşən kərpic zavodda X6 məxsus olan “Hovvo” markalı ** BM *** dövlət qeydiyyat markalı avtomobillə kərpic daşımışdır. Qeyd etdiyi tarixdə avtomobilinə kərpic doldurularkən torpaq uçması nəticəsinə onun avtomobilinə ziyan dəymiş, uçqunun təsirindən avtomobili digər avtomobilə çırpılmışdır. Bu zaman o, “Atəşgah” Sığortanın əməkdaşlarını həmin əraziyə dəvət etmişdir. Əməkdaşlar gəldikdən sonra əraziyə polis əməkdaşları da gəlmiş, həmin ərazidə onun dayanma durma qaydalarını pozduğu üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsi ilə ona cərimə yazmışdır. O, həmin cəriməni ödəmişdir. “Atəşgah” Sığortanın ona və X6 qarşı pul tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən onun xəbəri olmuşdur ki, o, inzibati məsuliyyətə cəlb edilmişdir. Lakin həmin ərazidə dayanma durma qaydaları mövcud deyildir. Ona görə də həmin qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə qərarı barəsində şikayət verilmiş şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən, tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə olan sənədlərlə əlaqəli təhlil edərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan Qaradağ Rayon Polis İdarəsinin DYP Şöbəsinin xx.xx.2018ci il tarixli, TYP 141696 nömrəli qərarının surətindən görünür ki, X3 Azərbaycan Respublikası İXM-nin 346.2-ci maddəsinə əsasən 40 manat miqdarında inzibati cərimə cəzası tətbiq edilmişdir. Məcəllənin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Məcəllənin 135.1 və 135.1.6-cı maddələrinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, X1 rayon Polis İdarəsinin DYP Şöbəsinin xx.xx.2018-ci il tarixli, TYP 141696 saylı inzibati tənbeh verilmə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsiniməhkəmədən xahiş etmiş, lakin məhkəmə iclasında müəyyən edilmişdir ki, şikayət vermiş şəxs ona yazılmış inzibati cərimə növündə inzibati tənbehi ödəmiş, bununla da təqsirini etiraf etmişdir. Ona görə də şikayət təmin edilməməlidir. Məhkəmə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 38, 53, 115, 119 və 130-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X2 şikayəti təmin edilməsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-222/2020
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-222/2020
30.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver