Məhkəmə qərarları › İş №3(042)-223/2020

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-223/2020

30.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-223/2020 30.10.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 Bakı şəhəri, Xətayi Rayon Polis İdarəsinin inzibati tənbeh verilmə haqqında xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli qərarından şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 Bakı şəhəri, Xətayi Rayon Polis İdarəsinin inzibati tənbeh verilmə haqqında xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X5 şikayətin məzmununa uyğun izahat verərək bildirmişdir ki, o, övladının xəstəliyi ilə əlaqədar onu müalicə etdirmək üçün Bakı şəhərinə aparmışdır. Bakı şəhərində olduğu müddətdə, yəni, xx.xx.2020-ci il tarixdə Xətai rayon Polis İdarəsinin DYP Şöbəsinin əməkdaşları onun idarə etdiyi avtomobili saxlamış, lakin onun tərəfindən hər hansı xəta törətməsi aşkar edilməmişdir. Lakin bundan sonra Gədəbəy Rayon İcra və Probasiya Şöbəsindən ona bildiriş gəlmişdir. O, xx.xx.2020-ci il tarixdə Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə gəlmiş və ona məlum olmuşdur ki, Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə inzibati məsuliyyə cəlb edilmişdir. Ona görə də həmin qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə qərarı barəsində şikayət verilmiş şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən, tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə olan sənədlərlə əlaqəli təhlil edərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri, Xətayi Rayon Polis İdarəsinin inzibati tənbeh verilmə haqqında xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli qərarının surətindən görünür ki, X3 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən 200 manat miqdarında inzibati cərimə cəzası tətbiq edilmişdir. İşdə olan Epikrizin surətindən görünür ki, X4 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həmin müalicəsində olmuşdur. Azərbaycan Respublikası İXM-in 211-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məcəllənin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Məcəllənin 135.1 və 135.1.6-cı maddələrinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, X5 Bakı şəhəri Xətayi Rayon Polis İdarəsinin inzibati tənbeh verilmə haqqında xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh verilmə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsinixahiş etmiş, məhkəmə iclasında oğlu X1 xəstəliyi ilə əlaqədar Bakı şəhərində olmasını sübut etmişdir. Məhkəmə X5 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun həmin tarixlərdə yazılmasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, Bakı şəhəri, Xətayi Rayon Polis İdarəsinin inzibati tənbeh verilmə haqqında xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh verilmə haqqında qərarı ləğv edilməli, iş üzrə icraata xitam veriməlidir. Məhkəmə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 38, 53, 115, 119 və 130-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X2 şikayəti təmin edilsin. Bakı şəhəri Xətayi Rayon Polis İdarəsinin inzibati tənbeh verilmə haqqında xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh verilmə haqqında qərarı ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar