Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-223/2023 04.07.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X11 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs və onun müdafiəçisi Vəkil, zərərçəkmiş şəxslər X4 və X8 iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Gədəbəy rayonu, Qumlu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Gədəbəy rayon X2 işləyən, Gədəbəy rayonu, Qumlu kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Gədəbəy rayon Polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 157, 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə yaşadığı evdə arvadı X6 döymüş, xx.xx.2023-cü il tarixdə yaşadığı evdə və Gədəbəy rayon Polis şöbəsində uca səslə sərxoş vəziyyətdə nalayiq ifadələr işlətməklə zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol verməklə xırda xuliqanlıq etmiş və onu nizam intizama dəvət edən, ictimai qaydanın mühafizəsi vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, o, Gədəbəy rayonu, Qumlu kəndində yaşayır. O, Gədəbəy rayon X2 işləyir. Bundan əvvəl də inzibati qaydada həbs edilmişdir. X14 02 iyul 2023-cü il tarixdə xadimə kimi başqa şəxsin evində işləməyə getmişdir. Həmin gün o içkili olmuşdur. Arvadı həmin gün işdən gec gəlmiş və evə gəldikdən sonra evin açarını götürərək çıxıb getmişdir. Onun yengəsigilə getdiyini bilmiş, yengəsigilə getdikdə arvadını orda da tapa bilməmişdir. O, arvadını döyməmişdir. Arvadı onu DİN-nin 102 xidmətinə şikayət etmiş və polis əməkdaşlar gələrək onu Gədəbəy rayon Polis şöbəsinə aparmışlar. O, polis əməkdaşlarına qarşı heç bir nalayiq ifadələr işlətməmişdir. Bundan əvvəl, 28 may 2023-cü il tarixdə arvadı E.Qurbanovanı aralarında baş vermiş mübahisə zamanı vurmuşdur. Müdafiəçi Vəkil məhkəmə iclasında izahat verərək Şəxs barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh tədbirinin seçilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs X9 məhkəmə iclasında izahat verərək bildirdi ki, o, 02 iyul 2023-cü il tarixdə başqa şəxsin evində xadimə kimi işləmək üçün getmişdir. İşləməyə gedərkən əri Şəxs onu özü yola salmışdır. O, işinin bitirdikdən sonra axşam evə qayıtmış və evə gələndə görmüşdür ki, Şəxs içkili vəziyyətdə evin həyətində oturmuşdur. Şəxs ondan nə qədər xidmət haqqı aldığını soruşmuş o isə 15 manat pul aldığını bildirmişdir. Şəxs ondan müxtəlif şəxslərə borcunun olduğunu bildirərək həmin pulu tələb etmişdir. O, isə pulu Şəxs verməkdən imtina etmişdir. Şəxs onu vurmaq istədikdə o məcbur olub qaçıb baldızı gilə getmişdir. Şəxs onu və uşağını söyüb, təhqir etmişdir. Sabahı gün gələrək polis bu barədə məlumat vermişdir. Bundan əvvəl 28 may 2023-cü il tarixdə Şəxs onu vurub xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs X13 məhkəmə iclasında izahat verərək bildirdi ki, o, Gədəbəy RPŞ-nin İTB-nin sahə polis nəfəri vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə saat 09 radələrində RPŞ-nin inzibati binasından olan zaman X1 DİN-nin 102 xidmətinə etmiş olduğu müraciətlə bağlı Gədəbəy RPŞ-nin TP-nin baş təhqiqatçısı Hikmət Cəfərli ilə birlikdə Şəxs yaşadığı Gədəbəy rayonu, Qumlu kəndində yerləşən fərdi yaşayış evinə getmişlər və orda olan zaman Şəxs sərxoş vəziyyətdə həyat yoldaşının və onların ünvanlarına nalayiq ifadələr işlədərək onlarla mübahisə etməyə başlamışdır. Onlar Şəxs nizam-intizama dəvət etsələr də, onların qanuni tələblərinə qəsdən tabe olmayaraq öz qanunsuz hərəkətlərini davam etdirmiş və təxminən 10-15 dəqiqə ərzində mübahisə etmişdir. Onlar Şəxs barəsində qanuni tədbir görülməsi üçün Gədəbəy RPŞ-nə gətirib Növbətçi hissəyə təhvil verən zaman da nalayiq ifadələr işlədərək şöbənin iş rejimini pozmuşdur. İnzibati xəta üzrə iş materiallarında olan xx.xx.2023-cü il tarixdə Gədəbəy rayon Polis şöbəsinin sahə rəisi, X10 tərəfindən tərtib edilmiş MN ******* №-li inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Şəxs xx.xx.2023-cü il tarixdə yaşadığı evdə arvadı X6 döymüş, xx.xx.2023-cü il tarixdə yaşadığı evdə və Gədəbəy rayon Polis şöbəsində uca səslə sərxoş vəziyyətdə nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmuş və onu nizamintizama dəvət edən polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. İnzibati xəta üzrə iş materiallarında olan 17 iyun 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəmkir rayonu, Zəyəm- Cırdaxan kənd sakini X3 və Gədəbəy rayonu, Qumlu kənd sakini X9 ərizə ilə müraciət edərək Gədəbəy rayonu, Qumlu kənd sakini Şəxs tərəfindən Gədəbəy rayonunda yaşadıqları evdə döyülərək xəsarət aldıqlarını bildirmişlər, bununla bağlı araşdırma aparılmış, iş üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsi və digər hərəkətlərin yerinə yetirilməsi üçün qərarın surətinin aidiyyəti üzrə Gədəbəy RPŞ-nin İTB-nə göndərilməsi qərar alınmışdır. Həmin qərarda qeyd edilmişdir ki, “xx.xx.2021-ci il tarixli 579 saylı Məhkəmə-Tibbi Ekspertiza və X5 canlı şəxsin ekspertizasının rəyinin nəticə hissəsində göstərilir ki, X4 bədən səthində aşkar edilmiş xəsarətlər - sağ said nahiyəsinin yuxarı üçdə birinin bayır sətinin və sağ ayaq pəncəsinin cüzi şişkinlik formasında qançırları küt əşyanın təsirindən törədilmiş, törənmə müddətləti xx.xx.2023-cü il tarixinə uyğun gəlir. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmayan xəsarətlər qrupuna aid olduqları üçün ağırlıq dərəcələri təyin edilmir.” İnzibati xəta üzrə iş materiallarında olan Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 3(042)-204/2023 saylı qərarının surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinməsi və ona 10 gün müddətinə həbs növündə inzibati tənbeh təyin edilməsi qərar alınmışdır. İnzibati xəta üzrə iş materiallarında olan Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 3(042)-193/2023 saylı qərarının surətindən görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 15 gün müddətinə inzibati qaydada həbs edilməsi və Şəxs inzibati qaydada saxlanıldığı üç gün ona təyin edilmiş inzibati həbs müddətindən çıxılmaqla Şəxs üzərində qəti olaraq 12 gün müddətə inzibati həbs saxlanılması qərara alınmışdır. İş materiallarında olan “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” Protokolundan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə sərxoş olmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Şəxs xx.xx.2023-cü il tarixdə yaşadığı evdə arvadı X6 döymüş, xx.xx.2023-cü il tarixdə yaşadığı evdə və Gədəbəy rayon Polis şöbəsində uca səslə sərxoş vəziyyətdə nalayiq ifadələr işlətməklə zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol verməklə xırda xuliqanlıq etmiş və onu nizam intizama dəvət edən, ictimai qaydanın mühafizəsi vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu zərərçəkmiş şəxslərin izahatları, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatı, inzibati xəta haqqında protokol və işdə olan digər sənədlərlə sübuta yetirilir. İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət müəyyən edilir. İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət müəyyən edilir. İXM-nin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati məsuliyyət müəyyən edilir. İXM-nin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi onun müdafiəçisini və zərərçəkmiş şəxsləri dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta əməllərini törətmişdir. Ona görə də o, sanksiyasında daha ciddi inzibati tənbeh nəzərdə tutulmuş Azərbaycan Respublikası İXMnin 157-ci maddəsi ilə məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 33.1.1 və 33.1.2.-ci maddələrinə əsasən, səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi və inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi İnzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hallar hesab edilir. Məhkəmə qeyd olunan hüquq normalarına əsasən, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək 12 gün müddətində, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilməsindən bir il müddət keçmədən təkrarən eyni əməlləri törətməsini və inzibati xətanı sərxoş vəziyyətdə törətməsini Şəxs inzibati tənbeh tətbiq edilərkən məsuliyyətini ağırlaşdıran hallar hesab edir. Azərbaycan Respublikası İXM-in 32.1-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı, inzibati xətanın yetkinlik yaşına çatmayanlar tərəfindən törədilməsi, inzibati xətanın hamilə qadın və ya himayəsində azyaşlı uşağı olan qadın tərəfindən törədilməsi, inzibati xətanın fiziki və ya psixi məcburiyyət təsiri altında, yaxud maddi, xidməti və ya sair cəhətdən asılılıq nəticəsində törədilməsi, inzibati xətanın zəruri müdafiənin və ya son zərurətin bu Məcəllə ilə müəyyən edilmiş şərtlərini pozmaqla törədilməsi və inzibati xətanın zərər çəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi məsuliyyəti yüngülləşdirən hallar hesab edilir. Məhkəmədə Şəxs barəsində inzibati tənbeh tətbiq edilərkən onun məsuliyyəti yüngülləşdirən hər hansı hal müəyyən edilmədi. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini ağırlaşdıran halın olmasını, inzibati xəta əməlini sərxoş vəziyyətdə törətməsini və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası həddində həbs inzibati tənbehinin tətbiq edilməsi daha ədalətli və məqsədəmüvafiqdir. İş materiallarında olan inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 16:25 radələrində inzibati qaydada tutulmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 01 ay 15 gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 03 iyul 2023cü il tarix, saat 16:25-dən hesablansın. Qərarın icrası Gədəbəy rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-223/2023
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-223/2023
04.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver