Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-224/2023 26.10.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6 oğlunun katibliyi ilə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin inzibati tənbehin verilməsi haqqında xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati tənbeh tətbiq edilən X4 şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materiallardan görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X4 İXM-in 264.0.1-ci maddəsi ilə tərtib olunmuş protokola görə 600 manat məbləğində cərimə edilməsini qərara almışdır. X2 və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini barədə qərara çıxarılmasını məhkəmədən xahiş etmişdir. Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(042)-224/2023 saylı qərarına əsasən, X4 şikayətinin təmin edilməsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin inzibati tənbehin verilməsi haqqında xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsi və X4 barəsində Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(104)-545/2023 saylı qərarına əsasən, Gədəbəy Rayon Məhkəməsinin 17 iyul 2023-cü il tarixli 3(042)-224/2023 saylı qərarının ləğv edilməsi, iş yenidən araşdırılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. X7 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Daşbulaq kəndində yaşayır. Yaşadıqları kənddə kanalizasiya xətti çəkilməmişdir. 25 may 2023-cü il tarixdə 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları yaşadıqları ərazidə yoxlama apararaq məişət sularının yaxınlıqdan keçən çaya axıdılmaması üçün ona və qonşulara xəbərdarlıq etdilər və yerində akt tərtib edərək həyətyanı sahədə qapalı şambo tipli quyu qazaraq məişətdə formalaşan tullantı çirkab sularının həmin qapalı şamboya axıldılmasının təmin edilməsi barədə göstəriş verdilər. Eyni zamanda həmin əməkdaşlar bildirdilər ki, 5 gündən sonra yenidən yoxlamağa gələcəklər, əgər quyu qazılmasa və çirkab suları yenə də çaya axıdılsa barəsində cərimə yazılacaqdır. Bundan sonra o 2 gün müddətində həyətyanı sahəsində qapalı şambo tipli quyu qazaraq məişətdə yaranan çirkab sularını həmin quyuya axıtmışlar. Bu barədə fotoşəkilləri şikayət ərizəsinə əlavə etmişdir. Həmçinin bu barədə o və digər qonşular kənd İƏD üzrə nümayəndəliyinə məlumat vermişdir. Buna baxmayaraq 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi onun xəbəri olmadan xx.xx.2023-cü il tarixdə barəsində İXM-in 264.0.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Halbuki həmin protokol onun iştirakı olmadan tərtib edilmiş, izahatı alınmamış və protokol onun tərəfindən imzalanmamışdır. Bununla da protokol qanunun tələbləri pozulmaqla tərtib edilmişdir. Eləcə də qanunsuz tərtib edilmiş həmin protokol əsasında 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi əvəzi X3 barəsində xx.xx.2023-cü il tarixdə MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci (su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə) maddəsi ilə 600 manat cərimə tətbiq etmişdir. O, həmin qərardan narazıdır və hesab edir ki, qərar əsassız və qanunsuz olduğundan ləğv edilməli, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi ilk növbədə məlum protokolu və qərarı qəbul edərkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət etməmişdir. Yəni, 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən həmin protokol mənim iştirakı olmadan tərtib edilmiş, izahatı alınmamış və protokol onun tərəfindən imzalanmamışdır. Həmçinin, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən izahatı alınmamış, bununla da iştirakı olmadan əsassız qərar qəbul edilmişdir. 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ona xəbərdarlıq etdikdən dərhal sonra o həyətyanı sahəsində qapalı quyu qazdıraraq məişət sularını həmin quyuya axıtmışdır. Belə olan halda hesab edir ki, onun əməlində İXM-in 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur. Odur ki, həmin maddə ilə barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş şəxs və qərardan şikayət vermiş şəxs qanunla müəyyən edilmiş qaydada məhkəmə baxışının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə bildirməmiş, məhkəmə baxışının təxirə salınması barədə məhkəməyə vəsatəti daxil olmamışdır. Məhkəmə İXM-nin 133.2.4-cü maddəsinə əsasən, inzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş şəxsin və qərardan şikayə vermiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməlidir. Belə ki, işdə olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 İXM-in 264.0.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola görə 600 manat məbləğində cərimə edilməsini qərara almışdır. İXM-in 100.1-ci maddəsinə əsasən, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən, protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Məhkəmə iclasında müəyyən edildi ki, X7 evində əmələ gələn çirkab sularını yaxınlıqdan keçən çaya axtımasına görə İXM-nin 264.0.1-ci maddəsi ilə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş, həmin protokol əsasında xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək İXM-in 264.0.1-ci maddəsi 600 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsinə əsasən, su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, X4 evində əmələ gələn çirkab sularını yaxınlıqdan keçən çaya axtıması inzibati xəta haqqında materialda olan Gədəbəy rayonu, Qaradağ kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışla, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş aktla, X4 etirafedici izahatı və digər sənədlərlə sübuta yetirilir. X1 barəsində inzbati xəta haqqında protokol tərtib edilərkən prosessual qanunvericiliyin hər hansı tələbinin pozulması halı aşkar edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi X4 əməlində İXM-in 264.0.1ci maddəsinin tərkib əlamətləri olduğuna görə onun barəsində inzibati xəta haqqında protokol tərtib etməklə və onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etməklə düzgün nəticəyə gəlmişdir. Qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası İXM-in 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Azərbaycan Respublikası İXM-in 53.0.6-cı maddəsinə əsasən, İXM-in 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, X4 şikayəti təmin edilməməli, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 38, 53, 115 və 130-137-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: X4 şikayəti təmin edilməsin. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-224/2023
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-224/2023
26.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver