Məhkəmə qərarları › İş №3(042)-224/2025

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-224/2025

19.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-224/2025 19.08.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Salmanov Orxan Aqil oğlunun katibliyi, barəsində X3 iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X2 iştirakı ilə, xx xxxx 1991-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Gədəbəy şəhəri, M.Rəsulzadə küçəsi, ev 50-də yaşayan Şəxs barəsində Gədəbəy Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə olan X3 materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində 19 avqust 2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 206cı maddəsi ilə tərtib edilmiş X3 protokol məhkəməyə daxil olmuşdur. Barəsində X3 iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o, əvvəllər narkotik vasitələrdən istifadə etmişdir. O, əməlindən səmimi peşmandır və bir də belə hərəkətlərə yol verməyəcəkdir. Ona görə də, o, barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh verilməsini xahiş edir. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 15 avqust 2025-ci il tarixli qərarın surətindən görünür ki, Şəxs ailə üzvlərini ölümlə hədələməsi haqqqında şikayətlə əlaqədar araşdırma aparılmış, hədənin real olması müəyyən edilməmiş, onun barəsində cinayət işinin başlanması rədd edilmiş və onun Azərbaycan Respublikası İXMnin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti Gədəbəy RPŞ-nin X1 göndərilmişdir. Həmin Qərardan görünür ki, Şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. İşdə olan 19 avqust 2025-ci il tarixli X3 Protokoldan görünür ki, Azərbyacan Respublikası İXM-nin 206-cı maddəsi ilə Şəxs barəsində protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, barəsində X3 iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir və ona bu maddənin sanksiyası həddində inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini və işin digər hallarını nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinin sanksiyası həddində həbs inzibati tənbehinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 37.4-cü maddəsinə əsasən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Məhkəmə yuxarıda göstəilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxsn Azərbaycan Respublikası İXM-nin 206-ci maddəsi ilə nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinsin və ona 20 gün müddətində həbs növündə inzibati tənbeh təyin edilsin. Həbsdə saxlamanın əvvəli 19 avqust 2025-ci il tarixdən, saat 1715-dan hesablansın Şəxs narkomaniyadan məcburi müalicə edilməsi üçün qərar Respublika Narkoloji Mərkəzinə göndərilsin. Qərarın icrası Gədəbəy Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti tərəflərə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar