Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-226/2020 12.10.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X2 oğlunun katibliyi, xx.xx.1995-ci il tarixdə Şəmkir rayonu, Çənlibel kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Şəmkir rayonu, Çənlibel kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Gədəbəy rayon Polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 517-2.6-cı maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs xx xxxxxxx 2020-ci il tarixdə, saat 23:00 radələrində Gədəbəy rayonu, Xar-xar kəndi ərazisində hərbi vəziyyət elan olunduğu ərazidə tətbiq edilmiş xüsusi giriş-çıxış rejiminin tələbini pozmuşdur. Gədəbəy rayon Polis Şöbəsi tərəfindən inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.6-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün barəsində tərtib edilmiş inzibati protokol və toplanmış material Gədəbəy rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunla müəyyən edilmiş qaydada məhkəmə baxışının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin o üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə bildirməmiş, məhkəmə baxışının təxirə salınması barədə məhkəməyə vəsatəti daxil olmamışdır. İXM-nin 61.3-cü maddəsinə əsasən, məhkəmə inzibati xəta törətməkdə təqsirləndirilən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan MN ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, xx xxxxxxx 2020-ci il tarixdə, saat 23:00 radələrində Gədəbəy rayonu, Xar-xar kəndi ərazisində hərbi vəziyyət elan olunduğu ərazidə tətbiq edilmiş xüsusi giriş-çıxış rejiminin tələbini pozmuşdur. İXM-in 517-2.6-cı maddəsinə əsasən, hərbi vəziyyətin elan olunduğu ərazidə (ərazilərdə) tətbiq edilmiş xüsusi giriş-çıxış rejiminin, habelə yaşayış və ya olduğu yeri seçmək hüququna qoyulmuş məhdudiyyətin pozulmasına görə inzibati məsuliyyət müəyyən edir. Məhkəmə təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə, saat 23:00 radələrində Şəmkir rayonu, Çənlibel kəndindən Gədəbəy rayonu, Xar-xar kəndi ərazisinə keçmək istəyərkən hərbi vəziyyətlə əlaqədar Gədəbəy rayonu, Xar-xar kəndində yaradılmış postda saxlanılmış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 517-2.6-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Gədəbəy rayonu, Xar-xar kəndi ərazisinə keçmədiyindən və giriş-çıxış qaydalarının tələbini pozmadığından onun əməlində İXM-in 517-2.6-cı maddəsinin tərkibi yoxdur. Şəxs xüsusi icazə vərəqəsi və (və ya) şəxsiyyəti təsdiq edən sənəd olmadan komendant saatı vaxtında ictimai yerlərdə olduğuna görə, onun əməlində İXM-in 517-2.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi vardır və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-in 517-2.1-ci maddəsinə əsasən, xüsusi icazə vərəqəsi və (və ya) şəxsiyyəti təsdiq edən sənəd olmadan komendant saatı vaxtında küçələrdə və ya digər ictimai yerlərdə olmağa görə inzibati məsuliyyət müəyyən edir. İXM-in 517-2.1-ci maddəsində xüsusi icazə vərəqəsi və (və ya) şəxsiyyəti təsdiq edən sənəd olmadan komendant saatı vaxtında küçələrdə və ya digər ictimai yerlərdə olmağa görə xəbərdarlıq edilməsi və ya əlli manat məbləğində cərimə nəzərdə tutulmuşdur. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsinin maddəsinin sanksiyası həddində xəbərdarlıq inzibati tənbehinin tətbiq edilməsi daha ədalətli və məqsədəmüvafiqdir. İXM-in 24.1-ci maddəsinə əsasən, xəbərdarlıq inzibati tənbeh növü olmaqla, hüquqazidd əməlin yolverilməzliyi barədə şəxslərə edilən rəsmi xəbərdaredici tədbirdir. Xəbərdarlıq yazılı formada edilir. İXM-in 31.4-cü maddəsinə əsasən, Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati qaydada xəbərdarlıq edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-226/2020
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-226/2020
12.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver