Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-226/2022 17.08.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs, müdafiəçi Vəkil, zərərçəkmiş şəxs X1 və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gədəbəy rayon Polis şöbəsinin əməkdaşı polis kapitanı X3 iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Gədəbəy rayonu, Qaradağ kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Gədəbəy rayonu, Qaradağ kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Gədəbəy rayon Polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6 və 334.3-cü maddələri ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2022-ci il tarixdə, saat 16:50 radələrində Gədəbəy rayonu, Heydər Əliyev prospektində Şəxs sərxoş vəziyyətdə idarə etdiyi “VAZ 2105” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə “VAZ 21011” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobili sağ tərəfindən sərt manevr edərkən sonuncu avtomobili vuraraq hadisə yerindən uzaqlaşmış, polis əməkdaşlarının saxla əminə tabe olmamış və “Gədəbəy rayon Polis şöbəsinin əməkdaşı, polis kapitanı Rufan Həsənov tərəfindən Şəxs barəsində İXM-in 327.1, 327.6 və 334.3-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə 15 avqust 2022-ci il tarixli, İXP ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək, İXM-nin 43cü maddəsinə əsasən aidiyyəti üzrə baxılması üçün Gədəbəy rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəxs bildirdi ki, o, Gədəbəy rayonu, Qaradağ kəndində qeydiyyatda olmaqla yaşayır. “VAZ 2105” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. Sürücülük vəsiqəsi yoxudur. 14 avqust 2022-ci il tarixdə “Soyuqbulaq” adlanan kafedə başqa bir şəxslə spirtli içki içmişdir. Bundan sonra kafedən çıxaraq içkili vəziyyətdə idarə etdiyi “VAZ 2105” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı evə gələrkən, “VAZ 21011” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobili sağ tərəfindən ötmək istəyərkən, avtomobili vurmuşdur. Həmin vaxt içkili vəziyyətdə olduğundan hadisə yerindən uzaqlaşmışdır. Hazırda zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gədəbəy rayon Polis şöbəsinin əməkdaşı polis kapitanı X7 məhkəmə iclasında izahat verərək bildirdi ki, xx.xx.2022-ci il tarixdə, saat 16:50 radələrində Gədəbəy rayonu, Heydər Əliyev prospektində Şəxs sərxoş vəziyyətdə idarə etdiyi “VAZ 2105” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə “VAZ 21011” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobili sağ tərəfindən sərt manevr edərkən sonuncu avtomobili vuraraq hadisə yerindən uzaqlaşmış, polis əməkdaşlarının saxla əminə tabe olmamışdır. Hadisə nəticəsində "xxxx" ASC tərəfindən verilmiş ziyan aktına əsasən, “VAZ 21011” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 100 manat məbləğində ziyan dəymişdir. Həmçinin Şəxs bir il bundan əvvəl də yol nəqliyyat hadisəsi törətmişdir. Bununla da Şəxs İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6 və 334.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6 və 334.3-cü maddələri ilə inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə təqdim edilmişdir. Zərərçəkmiş şəxs X2 məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəxs idarə etdiyi “VAZ 2105” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə onun idarə etdiyi “VAZ 21011” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobili ötmək istəyərkən onun avtomobilini vurmuşdur. Hazırda Şəxs ona dəymiş ziyanı ödəmişdir. Şəxs heç bir şikayət və tələbi yoxdur. O, bu barədə ərizə də vermişdir. Müdafiəçi Vəkil məhkəmə iclasında izahat verərək Şəxs barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan 15 avqust 2022-ci il tarixli, İXP ******* №-li İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs İXM-in 327.1, 327.6 və 334.3-cü maddələri ilə nəzərdə tutulmuş əməlləri törətmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş ziyan aktından görünür ki, VAZ 21011” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 100 manat ziyan dəymişdir. İş materiallarında olan alkotest müayinəsinin nəticəsinə dair vərəqdən görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 19:53-də Şəxs qanında alkoqolun konsentrasiyası 1,276 promilli olmuşdur. İXM-nin 333-cü maddəsinin qeydinə əsasən, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.2022-ci il tarixdə, saat 16:50 radələrində Gədəbəy rayonu, Heydər Əliyev prospektində Şəxs sərxoş vəziyyətdə idarə etdiyi “VAZ 2105” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə “VAZ 21011” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobili sağ tərəfindən sərt manevr edərkən sonuncu avtomobili vuraraq hadisə yerindən uzaqlaşmış, polis əməkdaşlarının saxla əminə tabe olmamışdır. Bu fakt barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs etirafedici izahatı, zərərçəkmiş şəxsin və İnzibati xəta haqqında protokol tərtib etmiş şəxsin ifadəsi və iş materiallarında olan digər sübutlarla öz təsdiqini tapır. Məhkəmə hesab edir ki, Şəxs əməli İXM-nin 327.1, 327.6 və 334.3-cü maddələri ilə düzgün tövsif edilmişdir, eyni zamanda həmin əməli törətməsi iş materialları ilə kifayət qədər sübuta yetirilmişdir. İXM-nin 120-ci maddəsinə əsasən bu Məcəllənin 327-348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. İnzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. Həmin Məcəllənin 34-cü maddəsinin 1-ci bəndinə əsasən: Bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. 2-ci bəndinə əsasən: Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 3-cü bəndinə əsasən: şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 327.1-ci maddəsinə əsasən, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 327.6-cı maddəsinə əsasən, yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə - yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 334.3-ci maddəsinə əsasən, bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini, maddi vəziyyətini və işin digər hallarını nəzərə alır, belə nəticəyə gəlir ki, inzibati xəta törətməkdə təqsirləndirilən şəxs barəsində İXM-nin 34-cü maddəsinin tələbləri rəhbər tutulmaqla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-ci maddəsinin sanksiyası həddində həbs inzibati tənbehinin tətbiq edilməsi daha ədalətli və məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11, 40, 43, 48-51, 61, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6 və 334.3cü maddələri ilə təqsirli bilinib onun barəsində 1 ay müddətinə inzibati həbs tətbiq edilsin. Həbsdə saxlamanın əvvəli 17 avqust 2022-ci il tarixdən, saat 12:30-dan hesablansın. Qərarın icra edilməsi Gədəbəy rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-226/2022
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-226/2022
17.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver