Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-226/2023 14.07.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X8 oğlunun katibliyi, Qərardan şikayət vermiş şəxs X4 iştirakı ilə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin inzibati tənbehin verilməsi haqqında xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarından barəsində inzibati tənbeh tətbiq edilən X4 şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materiallardan görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X6 İXM-in 264.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 600 manat məbləğində cərimə edilməsini qərara almışdır. X3 qərardan şikayət verərək, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və barəsində İXM-in 264.0.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X6 şikayətini onunla əsaslandırmışdır ki, o, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Daşbulaq kəndində yaşayır. Yaşadıqları kənddə kanalizasiya xətti çəkilməmişdir. 25 may 2023-cü il tarixdə 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları yaşadıqları ərazidə yoxlama apararaq məişət sularının yaxınlıqdan keçən çaya axıdılmaması üçün ona və qonşulara xəbərdarlıq etmişlər və yerində akt tərtib edərək həyətyanı sahədə qapalı şambo tipli quyu qazaraq məişətdə formalaşan tullantı çirkab sularının həmin qapalı şamboya axıldılmasının təmin edilməsi barədə göstəriş vermişlər. Eyni zamanda həmin əməkdaşlar bildirdilər ki, 5 gündən sonra yenidən yoxlamağa gələcəklər, əgər quyu qazılmasa və çirkab suları yenə də çaya axıdılsa barələrində cərimə yazılacaqdır. Bundan sonra o 2 gün müddətində həyətyanı sahəsində qapalı şambo tipli quyu qazaraq məişətdə yaranan çirkab sularını həmin quyuya axıtmışdır. Bu barədə fotoşəkilləri şikayət ərizəsinə əlavə etmişdir. Həmçinin bu barədə o və digər qonşular kənd İƏD üzrə nümayəndəliyinə məlumat vermişdir. Buna baxmayaraq 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi onun xəbəri olmadan xx.xx.2023-cü il tarixdə barəsində İXM-in 264.0.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Halbuki həmin protokol onun iştirakı olmadan tərtib edilmiş, izahatı alınmamış və protokol onun tərəfindən imzalanmamışdır. Bununla da protokol qanunun tələbləri pozulmaqla tərtib edilmişdir. Eləcə də qanunsuz tərtib edilmiş həmin protokol əsasında 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi əvəzi X7 barəsində xx.xx.2023-cü il tarixdə MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci (su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə) maddəsi ilə 600 manat cərimə tətbiq etmişdir. Onun əməlində İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə inzibati xəta tərkibi olmadığı halda 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi onu əsassız olaraq həmin maddə ilə inzibati məsuliyyətə cəlb etmişdir. Belə ki, 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ona xəbərdarlıq etdikdən dərhal sonra o həyətyanı sahəsində qapalı quyu qazdıraraq məişət sularını həmin quyuya axıtmışdır. Belə olan halda hesab edir ki, onun əməlində İXM-in 264.0.1 -ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur. Odur ki, həmin maddə ilə barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qərardan şikayət vermiş şəxs X6 məhkəmə iclasında şikayət ərizəsində göstərilənlərə oxşar izahat verdi və şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. İnzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş şəxs qanunla müəyyən edilmiş qaydada məhkəmə baxışının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə bildirməmişlər, məhkəmə baxışının təxirə salınması barədə məhkəməyə vəsatəti daxil olmamışdır. Məhkəmə İXM-nin 133.2.4-cü maddəsinə əsasən, inzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qərardan şikayət vermiş şəxsi dinləyib, inzibati xəta haqqında iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki iş materiallarında olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarından görünür ki, X6 evində əmələ gələn çirkab sularını yaxınlıqdan keçən çaya axtımasına görə İXM-in 264.0.1-ci maddəsi ilə 600 manat məbləğində cərimə edilmişdir. İXM-in 100.1-ci maddəsinə əsasən, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən, protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Məhkəmə iclasında müəyyən edildi ki, X2 və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi tərəfindən İXM-in 264.0.1-ci maddəsi ilə 600 manat məbləğində cərimə edilmişdir. X4 İXM-in 264.0.1-ci maddəsi ilə cərimə edilməsinə dair xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərar qəbul edilmişdir. X1 evində əmələ gələn çirkab sularını yaxınlıqdan keçən çaya axtımasına görə cərimə edilməsi göstərilmişdir. Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsinə əsasən, su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə inzibati məsuliyyət yaranır. Məhkəmə qeyd edir ki, X4 barəsində tərtib edilmiş protokola və qəbul edilmiş qərara əsasən çirkab sularının çaya axıdılması qeyd edilməklə inzibati qaydada cərimə edilməsinə baxmayaraq, inzibati xəta haqqında protokol tərtib edilərkən X6 çağırılmamış və onun izahatı alınmamış, onun əməlində inzibati xəta tərkibinin olub-olmaması tam araşdırılmamışdır. Həmçinin, 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən iş üzrə material tələb olunmasına baxmayaraq məhkəməyə material təqdim olunmamışdır. Məhkəmə üzərinə sübut etmə yükü düşən qərarından şikayət verilmiş şəxs məhkəmə iclasına gəlmədiyindən və qərarın qanuniliyi sübuta yetirilmədiyindən, eləcə də S.Bayramovanın əməlində İXM-nin 264.0.1-ci maddəsinin tərkibinin olmasını sübut etmək üçün dəlillər təqdim edilmədiyindən, məhkəmə şikayətçinin gətirdiyi dəlilləri əsaslı sayır. Bu da onu göstərir ki, X4 əməlində İXM-in 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri mövcud deyildir. İXM-in 8.3-cü maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İXM-in 134.1 və 134.1.3-cü maddələrinə əsasən, iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-in 53.1 və 53.1.2-ci maddələrinin tələblərinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Belə olan halda məhkəmə hesab edir ki, X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməli, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin inzibati tənbehin verilməsi haqqında xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarı ləğv edilməli və X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 53, 115 və 130-137-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: X4 şikayəti təmin edilsin. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin inzibati tənbehin verilməsi haqqında xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarı ləğv edilsin və X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-226/2023
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-226/2023
14.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver