Məhkəmə qərarları › İş №3(042)-227/2020

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-227/2020

12.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-227/2020 12.10.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə, xx.xx.2002-ci il tarixdə Şəmkir rayonunda doğulmuş, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum edilməmiş, Şəmkir rayonunun Çənlibel kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Şəxs barəsində Gədəbəy Rayon Polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 517-2.6-cı maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs barəsində Gədəbəy Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.6-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. İşdə olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatından görünür ki, o, özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsi ilə təqsirli bilmiş, izahatında göstərmişdir ki, sərxoş olduğu üçün xx xxxxxxx 2020-ci il tarixdə Gədəbəy rayonunun Xarxar kəndindən komendant postuna məhəl qoymayaraq, komendant rejiminin tələblərini pozmuş və Gədəbəy rayonunun Xarxar kəndinə keçmişdir. İşdə olan inzibati xəta haqqında xx xxxxxxx 2020-cu il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə xüsusi giriş-çıxış rejimini pozmuş və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.6-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 517-2.6-cı maddəsinə əsasən hərbi vəziyyətin elan olunduğu ərazidə (ərazilərdə) tətbiq edilmiş xüsusi giriş-çıxış rejiminin, habelə yaşayış və ya olduğu yeri seçmək hüququna qoyulmuş məhdudiyyətin pozulmasına görə yüz manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək müəyyən etmişdir ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə xüsusi giriş çıxış rejimini pozmuş və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.6-cı maddəsilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmə törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, barəsində iş üzrə icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-nin 517-2.6-cı maddəsi ilə təqsirli bilinməli və ona 100 manat cərimə inzibati tənbehi tətbiq edilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-35-ci, 114-115-ci və 117-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 517-2.6-cı maddəsi ilə təqsirli bilinsin və ona 100 manat cərimə inzibati tənbehi tətbiq edilsin. Qərarın icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti tərəflərə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar