Məhkəmə qərarları › İş №3(042)-227/2022

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-227/2022

17.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-227/2022 17.08.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6 oğlunun katibliyi, Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ruslan Rüstəmovun, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1988-ci ildə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gədəbəy rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Gədəbəy rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(042)-1063/2018 qətnaməsinə əsasən, cavabdeh Şəxs 16 oktyabr 2018-ci il tarixdən başlayaraq, 28 iyul 2010-cu il təvəllüdlü X5 və 03 may 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində hər bir uşağa görə 110 manat olmaqla, iki uşaq üçün 220 manat aliment tutulub iddiaçı X2 verilməlidir. İcra sənədi xx.xx.2018-ci il tarixdə Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. Borcluya borcunu ödəməsi barədə müvafiq qaydada qərar və bildiriş göndərilmişdir. Lakin borc könüllü ödənilməmişdir. Aliment borcunun ödənilməsi barədə borcluya təklif edilsə də, o borcunu ödəməmiş, ona görə də məcburi icra tədbirləri həyata keçirilmiş, o cümlədən borclunun əmlak vəziyyəti yoxlanılmış, borcun yönəldilə biləcəyi əmlak aşkar olunmamışdır. Borcluya aliment borcunu ödəməsi təklif edilmiş, lakin borclu tərəfindən əsaslı səbəb olmadan borc ödənilmir. Bununla da borclu borcunu ödəməsi barədə icra məmurunun qanuni tələbinə tabe olmur. Borclu icra sənədini icra etmədiyindən və icra məmurunun qanuni tələbinə tabe olmadığından onun barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq inzibati material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Şəxs izahat verərək bildirdi ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(042)-1063/2018 qətnaməsinə əsasən, ondan 16 oktyabr 2018-ci il tarixdən başlayaraq, 28 iyul 2010-cu il təvəllüdlü X5 və 03 may 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində hər bir uşağa görə 110 manat olmaqla, iki uşaq üçün 220 manat aliment tutulub iddiaçı X2 verilməlidir. Onun daimi iş yeri olmadığına görə aliment borcu yığılmışdır. O, əvvəllər təxminən 2-3 il olar Gədəbəy rayonu Mərkəzi bazarında xırdabuynuzlu və iribuynuzlu heyvanların kəsimi ilə məşğul olmuş, bir həftə olar ki, 600 manat əmək haqqı olan işə düzəlmişdir. Sonuncu dəfə borcundan xx.xx.2022-ci il tarixdə 450 manat ödəniş etmişdir. Qalan borcundan isə hər ay 300 manat məbləğində ödəyəcəkdir. Müdafiəçi Vəkil məhkəmə iclasında izahat verərək Şəxs barəsində həbslə əlaqədar olmayan inzibati tənbehin verilməsini məhkəmədən xahiş etdi. Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ruslan Rüstəmov məhkəmə iclasında izahat verərək bildirdi ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(042)-1063/2018 qətnaməsinə əsasən, cavabdeh Şəxs 16 oktyabr 2018-ci il tarixdən başlayaraq, 28 iyul 2010-cu il təvəllüdlü X5 və 03 may 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində hər bir uşağa görə 110 manat olmaqla, iki uşaq üçün 220 manat aliment tutulub iddiaçı X2 verilməlidir. İcra sənədi xx.xx.2018-ci il tarixdə Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. Borcluya borcunu ödəməsi barədə müvafiq qaydada qərar və bildiriş göndərilmişdir. Lakin borc könüllü ödənilməmişdir. Borclu aliment borcundan müəyyən ödənişlər etsə də, onun 5050 manat məbləğində aliment borcu yığılmışdır. Aliment borcunun tam şəkildə ödənilməsi barədə borcluya təklif edilsə də, o borcunu ödəməmiş, ona görə də məcburi icra tədbirləri həyata keçirilmiş, o cümlədən borclunun əmlak vəziyyəti yoxlanılmış, borcun yönəldilə biləcəyi əmlak aşkar olunmamışdır. Borcluya yığılmış borcunu ödəməsi təklif edilmiş, lakin borclu tərəfindən əsaslı səbəb olmadan borc ödənilmir. Borclu 2021-c ilin may ayında 20 gün inzibati həbs edilmiş, bundan sonrada islah olunmamış, yığılmış aliment borcunu ödəməmişdir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi məqsədilə inzibati xəta haqqında protokol tərtib edilmiş və məhkəməyə təqdim edilmişdir. X1 məhkəmə iclasında izahat verərək bildirdi ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(042)-1063/2018 qətnaməsinə əsasən, cavabdeh Şəxs 16 oktyabr 2018-ci il tarixdən başlayaraq, 28 iyul 2010-cu il təvəllüdlü X5 və 03 may 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində hər bir uşağa görə 110 manat olmaqla, iki uşaq üçün 220 manat aliment tutulub iddiaçı ona verilməlidir. Borclu 4 ildən artıqdır ki, Gədəbəy rayonu Mərkəzi bazarında heyvan kəsimi ilə məşğuldur. Yaxşı qazanc əldə edir. Lakin, qəsdən borcunu ödəmir və icra sənədinin icrasında boyun qaçırır. Keçən il may ayında ona 20 gün inzibati həbs verilməsinə baxmayaraq, aliment borcunu ödəməmiş, icra şöbəsinə çağırılan ərəfədə məsuliyyətdən qurtarmaq üçün 450 manat pul ödəmişdir. Həmin pul məbləğini qəbul etmir. Aliment məbləğinin tam ödənilməsini əks halda barəsində ciddi qanun tədbirinin görülməsini xahiş edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət müəyyən edir. Həmin qanunun normasının mətnindən aydın olur ki, həmin maddə ilə inzibati xəta tərkibinin yaranması üçün şəxs tərəfindən məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələbləri yerinə yetirilməməli və ya icra sənədi üzürsüz səbəbdən icra edilməməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, borclu Şirinov X8 rayon İcra və Probasiya şöbəsinə daxil olmuş Gədəbəy rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(042)- 1063/2018 icra sənədini üzrsüz icra etmir və icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Məhkəmə Şəxs icra sənədinin icra olunmasından boyun qaçırmasına və icra məmurunun qanuni tələblərini yerinə yetirməməsinə gətirdiyi arqumentləri heç bir sübutla əsaslandırılmamış mülahizəsi hesab edir. Belə ki, borclunun iş yeri olmuş Gədəbəy rayonu Mərkəzi bazarında heyvan kəsimi ilə məşğul olmuş, buna baxmayaraq, icra sənədini qanunla nəzərdə tutulmuş qaydada və müddətdə icra etməmiş, nəticədə küllü miqdarda icra sənədi üzrə icra edilməmiş aliment borcu yığılaraq qalmışdır. Axırıncı dəfə tələbkar icra şöbəsinə müraciət etdikdən sonra 2021-ci ilin may ayında borclu barəsində İXM 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, məhkəmə tərəfindən 20 gün müddətində inzibati qaydada həbs edilmişdir. İnzibati həbs edildikdən sonra belə icra sənədi üzrə aliment öhdəliyi yerinə yetirilməmiş, yalnız xx.xx.2022-ci il tarixdə yığılan küllü miqdarda borc məbləğindən 450 manat ödəniş edilmişdir. Məhkəmə borclunun icra sənədinin qanunla nəzərdə tutulmuş qaydada icra etməməsini üzrsüz sayır və edilmiş qismən ödənişi borclunun inzibati məsuliyyətdən yaxa qurtarmaq niyyəti kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi vardır və o həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini, maddi vəziyyətini və işin digər hallarını nəzərə alır, belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində həbs inzibati tənbehinin tətbiq edilməsi daha ədalətli və məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 20 gün müddətə inzibati qaydada həbs edilsin. Həbsdə saxlamanın əvvəli 17 avqust 2022-ci il tarixdən, saat 16:00dan hesablansın. Qərarın icrası Gədəbəy rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar