Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-227/2025 15.09.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Əsgərova Rəsmiyə Cəmil qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparlıan şəxs Şəxs iştirakı ilə, xx.xx.1990-ci il tarixdə Gədəbəy rayonununda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, hazırda Gədəbəy rayonu, Hacılar kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Gədəbəy Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Gədəbəy Rayon Polis Şöbəsindən Şəxs barəsində xx.xx.2025-ci il tarixdə müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan mülki silah aşkar edilməsi ilə əlaqədar Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və aidiyyəti üzrə baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək, bildirmişdir ki, o, Gədəbəy rayonu, Hacılar kəndində yaşayır. Onda aşkar edilmiş ov tüfəngi atasından miras qalmışdır. O, tüfəngin icazə alınmadan saxlanılmasını bilməmişdir. Hazırda ov tüfənginin saxlanılması üçün icazə alınması barədə qanunda nəzərdə tutulmuş qaydada müraciət edəcəkdir. Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasında izahat verərərək, göstərmişdir ki, atasından miras qalmış mülki silah olan ov tüfənginin saxlanılması üçün atası tərəfindən xüsusi icazənin alınmadığı bilmədiyini göstərmişdir. Ona görə də Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinin törədilməsində təqsirli bilinməli, ona səksən manat miqdarında inzibati cərimə növündə inzibati tənbehi təyin edilməli və bir ədəd K-54240 nömrəli,1963-cü il istehsalı, 28 kalibirli, çaxmaqlı, tək hamar lüləli, ov tüfəngi sənədləşdirilməklə Şəxs qaytarılmalıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 30, 99, 106, 112, 133, 115, 116, 117, 128 və 130-cu maddələrinin rəhbər tutaraq, qərara aldı : Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinin törədilməsində təqsirli bilinsin, ona səksən manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh təyin edilsin. Bir ədə K-54240 nömrəli,1963-cü il istehsalı, 28 kalibirli, çaxmaqlı, tək hamar lüləli, ov tüfəngi sənədləşdirilməklə Şəxs oğluna qaytarılsın. Qərarın icrası Gədəbəy Rayon Polis Şöbəsinə və Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, onun surəti təqdim edildiyi gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-227/2025
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-227/2025
15.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver