Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-228/2021 07.09.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, şikayət vermiş şəxs X4 və X2 X6 nümayəndəsi X7 iştirakları ilə, X8 X2 X6 inzibati tənbeh verilmə haqqında 18.05.2019-cu il tarixli, MN ******* saylı qərarından şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X8 X2 X6 inzibati tənbeh verilmə haqqında 18.05.2019-cu il tarixli, MN ******* saylı qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X8 şikayətin məzmununa uyğun izahat verərək, bildirmişdir ki, o, Gədəbəy şəhəri, H.Əliyev prospektində kafe işlədir. Fəaliyyət göstərdiyi obyektdə bütün sanitariya-gigiyena qaydalarına, o cümlədən, ölkədə mövcud olan karantin rejimi qaydalarına tam riayət olunur. İşçi heyəti tam şəkildə tibbi qoruyucu vasitələrdən istifadə edir. 18 may 2021-ci ildə X1 X6 əməkdaşları obyektdə yoxlama apararaq guya işçi heyətinin fərdi qoruyucu vasitələdən istifadəsi ilə bağlı tələblərin pozulması faktını aşkar etmişlər. Lakin işçi heyəti daim qoruyucu vasitələrdən istifadə etmişdir. Həmçinin cərimə olunması barədə ona heç bir məlumat verilməmiş, izahatı alınmamışdır. Yalnız 23 avqust 2021-ci il tarixdə ona Gədəbəy Rayon İcra və Probasiya Şöbəsindən cərimənin ödənilməsi barədə xəbərdarlıq məktubu göndərildikdən sonra bu barədə məlumatı olmuşdur. Ona görə də həmin qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında X2 X6 nümayəndəsi X9 izahat verərək, bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən regionlarada monitoriq keçirmişlər. X4 işlətdiyi kafedə keçirilmiş yoxlama zamanı orada işləyən işçilərdən birinin sanitariya-gigiyena qaydalarına, o cümlədən ölkədə mövcud olan karantin rejimi qaydalarına əməl etmədiyi, tibbi maskadan istifadə etmədiyi aşkar edilmiş, bu barədə videoçəkiliş aparılmış və X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2ci maddəsi ilə 300 manat cərimə edilmişdir. Ona görə də şikayətin təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sənədlərlə əlaqəli təhlil edərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan X2 X6 inzibati tənbeh verilmə haqqında 18.05.2019-cu il tarixli, MN ******* saylı qərarının surətindən görünür ki, X5 Azərbaycan Respublikası İXMnin 211.2-ci maddəsinə əsasən 300 manat miqdarında cərimə inzibati tənbehi tətbiq edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş CD diskin videoçəkilişindən görünür ki, kafedə işləyən işçilər maskadan istifadə edir. Yalnız işçilərin birində tibbi maska ağız nahiyyəsindən aşağıdadır. Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 75.0. və 75.0.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir. Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 8.1-ci maddəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məcəllənin 53.0; 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata inzibati xəta hadisəsi olmadıqda xitam verilir. Məcəllənin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Məcəllənin 135.1 və 135.1.6-cı maddələrinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, X8 X2 X6 18.05.2019-cu il tarixli, MN ******* saylı inzibati tənbeh verilmə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təhqiq edilmiş videoçəkilişdən görünür ki, kafedə işləyən işçilərdən birində tibbi maska ağız nahiyyəsindən aşağıdadır. Bununla bərabər işçi həmin an digər işçilərdən və müştərilərdən kifayət qədər uzaq məsafədədir. Məhkəmənin qənaətinə görə bu hal Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi kimi qiymətləndirilməməlidir. Ona görə də şikayət təmin edilməli, X2 X6 inzibati tənbeh verilmə haqqında 18.05.2019-cu il tarixli, MN ******* saylı qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 38, 53, 115, 119 və 130-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 X6 inzibati tənbeh verilmə haqqında 18.05.2019-cu il tarixli, MN ******* saylı qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərar tərəflərə göndərilsin. Qərarın icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-228/2021
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-228/2021
07.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver