Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-229/2020 12.10.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə, xx.xx.1996-cı il tarixdə Gədəbəy rayonunda doğulmuş, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum edilməmiş, Gədəbəy rayonunun Yenikənd kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Şəxs barəsində Gədəbəy Rayon Polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs barəsində Gədəbəy Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. İşdə olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatından görünür ki, o, özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsi ilə təqsirli bilmiş, izahatında göstərmişdir ki, sərxoş olduğu üçün 01 oktyabr.2020-ci il tarixdə Gədəbəy rayonunun Yenikənd kəndində komendant rejiminin tələblərini pozmuşdur. İşdə olan inzibati xəta haqqında xx xxxxxxx 2020-cu il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə komendant rejimini pozmuş və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 517-2.1-ci maddəsinə əsasən xüsusi icazə vərəqəsi və (və ya) şəxsiyyəti təsdiq edən sənəd olmadan komendant saatı vaxtında küçələrdə və ya digər ictimai yerlərdə olmağa görə xəbərdarlıq edilir və ya əlli manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək müəyyən etmişdir ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə komendant rejimini pozmuş və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmə törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, barəsində iş üzrə icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-nin 517-2.1-ci maddəsi ilə təqsirli bilinməli və ona 50 manat cərimə növündə inzibati tənbeh təyin edilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-35-ci, 114-115-ci və 117-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 517-2.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin və ona 50 manat cərimə növündə inzibati tənbehi təyin edilsin. Qərarın icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti tərəflərə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-229/2020
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-229/2020
12.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver