Məhkəmə qərarları › İş №3(042)-229/2022

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-229/2022

19.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-229/2022 19.08.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X7 oğlunun katibliyi, Gədəbəy rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Tural İsmayılovun, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1966-cı ildə Gədəbəy rayonu, Yenikənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işsiz, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gədəbəy rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Gədəbəy rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(042)-1343/2017 qətnaməsinə əsasən, cavabdeh Şəxs 2200 manat məbləğində pul alınıb iddiaçı X5 verilməlidir. Gədəbəy rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(042)-1369/2017 qətnaməsinə əsasən, cavabdeh Şəxs 7000 manat məbləğində pul alınıb iddiaçı X2 verilməlidir. Gədəbəy rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(042)-446/2018 saylı qətnaməsinə əsasən, isə cavabdeh Şəxs 1550 manat məbləğində pul alınıb iddiaçı X6 verilməlidir. İcra sənədləri Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. Borcluya borcunu ödəməsi barədə müvafiq qaydada qərar və bildiriş göndərilmişdir. Lakin borc könüllü ödənilməmişdir. Borcun ödənilməsi barədə borcluya təklif edilsə də, o borcunu ödəməmiş, ona görə də məcburi icra tədbirləri həyata keçirilmiş, o cümlədən borclunun əmlak vəziyyəti yoxlanılmış, borcun yönəldilə biləcəyi əmlak aşkar olunmamışdır. Borcluya borcunu ödəməsi təklif edilmiş, lakin borclu tərəfindən əsaslı səbəb olmadan borc ödənilmir. Bununla da borclu borcunu ödəməsi barədə icra məmurunun qanuni tələbinə tabe olmur. Borclu icra sənədini icra etmədiyindən onun barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq inzibati material baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gədəbəy rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Tural İsmayılov məhkəmə iclasında izahat verərək bildirdi ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(042)-1343/2017 qətnaməsinə əsasən, cavabdeh Şəxs 2200 manat məbləğində pul alınıb iddiaçı X5 verilməlidir. Gədəbəy rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(042)-1369/2017 qətnaməsinə əsasən, cavabdeh Şəxs 7000 manat məbləğində pul alınıb iddiaçı X2 verilməlidir. Gədəbəy rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(042)-446/2018 saylı qətnaməsinə əsasən, isə cavabdeh Şəxs 1550 manat məbləğində pul alınıb iddiaçı X6 verilməlidir. İcra sənədləri Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. Borcluya borcunu ödəməsi barədə müvafiq qaydada qərar və bildiriş göndərilmişdir. X1 ödəniş qəbzlərini təqdim edərək borclunun ona ödəniş etdiyini və ona 800 manat borcunun qaldığını bildirdi. Digər tələbkar X3 borcluya borcunu ödəməsi üçün vaxt verilməsini istəmişdir. Məhkəmə iclasında Şəxs izahat verərək bildirdi ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(042)-1343/2017 qətnaməsinə əsasən, cavabdeh Şəxs 2200 manat məbləğində pul alınıb iddiaçı X5 verilməlidir. Gədəbəy rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(042)-1369/2017 qətnaməsinə əsasən, cavabdeh Şəxs 7000 manat məbləğində pul alınıb iddiaçı X2 verilməlidir. Gədəbəy rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(042)-446/2018 qətnaməsinə əsasən, isə cavabdeh Şəxs 1550 manat məbləğində pul alınıb iddiaçı X6 verilməlidir. X6 olan borcundan ödəniş etmiş və ona 800 manat borcu qalmışdır. Digər tələbkar X3 isə ona ödəniş etməsi üçün vaxt vermişdir. O, qalan borclarının ödənilməsi üçün ona vaxt verilməsini istəyir. X2 olan borcundan sonuncunun tanıdığı qadına 5000 manat vermişdir. İcra sənədləri üzrə qalan borclarını ödəyəcəyinə söz verir. Müdafiəçi S.N.Səmədzadə məhkəmə iclasında bildirdi ki, Şəxs borcundan ödənişlər etmişdir. Hesab edir ki, müdafiə etdiyi şəxsin əməlində qərəzlilik yoxdur. Ona görə də Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə inzibati iş üzrə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını nəzərdən keçirib işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan Gədəbəy rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(042)- 1343/2017 qətnaməsinə əsasən, cavabdeh Şəxs 2200 manat məbləğində pul alınıb iddiaçı X5 verilməlidir. İşdə olan Gədəbəy rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(042)-1369/2017 qətnaməsinə əsasən, cavabdeh Şəxs 7000 manat məbləğində pul alınıb iddiaçı X2 verilməlidir. İşdə olan Gədəbəy rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(042)-446/2018 saylı qətnaməsinə əsasən, isə cavabdeh Şəxs 1550 manat məbləğində pul alınıb iddiaçı X6 verilməlidir. Məhkəmə qeyd etməyi zəruri sayır ki, borclu tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra edilməməsi üzrsüz səbəbdən baş verdiyi, həmçinin qərəzli olaraq icra edilmədiyi hallarda şəxsin məsuliyyətindən söhbət gedə bilər. Əgər borclu ona edilən bildiriş və xəbərdarlıqlardan məlumatlı deyilsə və cinayət və ya inzibati məsuliyyət daşıması barədə onda aydın təsəvvür yoxdursa, bu halda onun məsuliyyəti istisna olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair 02 oktyabr 2012-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, icra sənədini icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Pyersak Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarında qeyd etmişdir ki, adətən, qərəzsizlik mənfi və ya qərəzli münasibətin olmadığını bildirsə də, qərəzsizliyin olması, yaxud əksinə, olmaması, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq müxtəlif üsullarla yoxlanıla bilər. Bu baxımdan konkret işdə konkret hakimin şəxsi mülahizələrini əks etdirən subyektiv yanaşma ilə qərəzsizlik məsələsində hər hansı şübhələri aradan qaldırmaq üçün yetərli təminatların olub- olmadığını müəyyən edən obyektiv yanaşma arasında fərq qoymaq olar. Məhkəmə iclasında müəyyən edildi ki, borclu məhkəmə qətnamələri ilə müəyyən edilmiş borclarından tələbkar X6 ödəniş etmiş, tələbkar X3 isə borcun ödənilməsi üçün borcluya vaxt verilməsini istəmiş, digər tələbkar X5 olan borcunu, eləcə də, digər qalan borclarını ödəyəcəyinə söz vermişdir. Bu hallar isə borclunun icra sənədlərinin icrasından qərəzli boyun qaçırması halını təkzib edir. Məhkəmə yuxarıda qeyd edilən hallara əsaslanaraq hesab edir ki, borclu Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, AR İXM-in 53.0 və 53.0.2-ci maddələrinin tələblərinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 114.2 və 114.2.1-ci maddələrinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 39, 40, 43, 48-51, 53 və 114-115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar