Məhkəmə qərarları › İş №3(042)-23/2021

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-23/2021

08.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-23/2021 08.02.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə, “X1” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə inzibati xəta haqqında materiala baxaraq, M ü ə y y ə n e t d i: Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən “X1” MMC barəsində Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 91.4-cü maddəsinə uyğun olaraq məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə uyğun olaraq qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür. Lakin Şəxs 2019-cu il üçün illik maliyyə hesabatlarını Azərbaycan Respublikası Maliyyə Nazirliyinə göndərməmişdir. Ona görə də, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs nümayəndəsi Əhmədov Rövşən Nurəddin oğlu məhkəməyə ərizə göndərərək, bildirmişdir ki, “X1” MMC barəsində Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb ediləsi barədə Gədəbəy Rayon Məhkəməsinin icraatında material var. Həmin iş üzrə inzibati məsuliyyəti cəlb etmə müddəti keçmişdir. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. İşdə olan inzibati xəta haqqında protokolunun surətindən görünür ki, Şəxs 2019-cu il üçün illik maliyyə hesabatlarını Azərbaycan Respublikası Maliyyə Nazirliyinə göndərməmişdir. Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsinə əsasən “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Məcəllənin 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Məcəllənin 53.0 və 53.0.6-cı maddələrinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs 2019-cu il üçün illik maliyyə hesabatlarını Azərbaycan Respublikası Maliyyə Nazirliyinə göndərməmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyi Gədəbəy Rayon Məhkəməsinə göndərdiyi inzibati xəta haqqında protokolla Şəxs xəbərdar etməmiş, xətanın aşkar edilmə tarixini göstərməmiş, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəməyə sübutlar təqdim etməmişdir. "Şəxs" MMC-nin nümayəndəsi müddətin keçməsi ilə əlaqədar ərizə göndərərək iş üzrə icraatın xitam edilməsini xahiş etmişdir. Məhkəmə araşdırmaları zamanı inzibati xətanın nə zaman aşkar edilməsi müəyyən edilməmişdir. Ona görə də müddətin keçməsi ilə əlaqədar iş üzrə icraata xitam verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 53, 38, 105, 106-112-ci, 114-115-ci və 117-ci maddələrinin rəhbər tutaraq, QƏRARA ALDİ: İş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar