Məhkəmə qərarları › İş №3(042)-23/2022

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-23/2022

15.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-23/2022 15.02.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, şikayət vermiş şəxs X2 iştirakı ilə, X6 oğlunun Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinin rəisi Knyaz Həsənovun inzibati tənbeh verilmə haqqında 30.11.2021-ci il tarixli, MN ******* nömrəli qərarından şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 şəhəri Nizami Rayon Polis İdarəsinin rəisi Knyaz Həsənovun inzibati tənbeh verilmə haqqında 30.11.2021-ci il tarixli, MN ******* nömrəli qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X6 oğlu şikayətin məzmununa uyğun izahat verərək bildirmişdir ki, o, Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinin rəisi Knyaz Həsənovun inzibati tənbeh verilmə haqqında 30.11.2021-ci il tarixli, MN ******* saylı qərarı ilə 100 manat miqdarında inzibati cərimə edilmişdir. Lakin həmin vaxt o, qapalı məkanda maskadan istifadə etmişdir. Buna baxmayaraq, polis əməkdaşları onu əsassız saxlatmış, sənədlərini almış, ona qərəzli olaraq, cərimə tənbehi tətbiq etmişdir. Ona görə də həmin qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə qərarı barəsində şikayət verilmiş şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən, tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə olan sənədlərlə əlaqəli təhlil edərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinin rəisi Knyaz Həsənovun inzibati tənbeh verilmə haqqında 30.11.2021-ci il tarixli, MN ******* nömrəli qərarının surətindən görünür ki, X3 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinə əsasən 100 manat miqdarında inzibati cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-in 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Məcəllənin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Məcəllənin 135.1 və 135.1.6-cı maddələrinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, X6 oğlu Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinin rəisi Knyaz Həsənovun inzibati tənbeh verilmə haqqında 30.11.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh verilmə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmiş, həmin ona əsassız cərimə yazıldığını bildirmiş, Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəməyə sübutlar təqdim etməmişdir. Ona görə də, şikayət təmin edilməli, Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinin rəisi Knyaz Həsənovun inzibati tənbeh verilmə haqqında 30.11.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh verilmə haqqında qərarı ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 38, 53, 115, 119 və 130-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X6 oğlunun şikayəti təmin edilsin. Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinin rəisi Knyaz Həsənovun inzibati tənbeh verilmə haqqında 30.11.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh verilmə haqqında qərarı ləğv edilsin. Qərarın icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar