Məhkəmə qərarları › İş №3(042)-230/2022

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-230/2022

29.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-230/2022 29.08.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X7 oğlunun katibliyi, Qərardan şikayət vermiş şəxs X3 iştirakı ilə, Gədəbəy rayon Polis şöbəsinin X13 Bölməsinin rəisi, polis polkovnik-leytenantı Yaşar İsmayılovun inzibati tənbehin verilməsi haqqında xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərarından barəsində inzibati tənbeh tətbiq edilən X3 şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materiallardan görünür ki, Gədəbəy rayon Polis şöbəsinin X13 Bölməsinin rəisi, polis polkovnik-leytenantı Yaşar İsmayılov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X4 İXMin 564-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə edilməsini qərara almışdır. X2 RPŞ-nin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X4 şikayət ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək bildirdi ki, o, Gədəbəy rayon Polis şöbəsinin X13 Bölməsinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 564-cii maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə olunmuşdur. O, qərardan narazıdır və hesab edir ki, qərar əsassız və qanunsuz olduğundan ləğv edilməli və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, o, 28 mart 2022-ci il tarixdə həyat yoldaşı X9 axşam saatlarında yaşadığı evə sərxoş vəziyyətdə gəlmiş, onu və övladını söyüb təhqir etməyə başlamış, onun başını əlində olan stəkan ilə vurub xəsarət yetirmişdir. O, da döyülməsi ilə bağlı DİNnin "102" xidməti zəng mərkəzinə məlumat vermişdir. Şikayəti ilə əlaqədar araşdırma aparılmışdır. X5 onu döyməsi faktına görə onun barəsində heç bir tədbir görülməmiş, əksinə guya onun DİN-nin "102" xidməti zəng mərkəzinə yalan məlumat verməyinə görə İXM-in 564-cii maddəsi ilə 100 manat cərimə olunmuşdur. Halbuki, o, DİN-nin "102” xidməti zəng mərkəzinə heç bir yalan məlumat verməmişdir. Həqiqətən də X5 onu döymüş, o də konstisuion hüquqlarından istifadə edərək DİN-nin "102" xidməti zəng mərkəzinə zəng vurmuşdur. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən xəbəri olmamış, polis şöbəsinə dəvət olunmamış, izahatı alınmamış və iştirakı olmadan əsassız protokol tərtib edilmişdir. Bununla da İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmuşdur. Eləcə də, sözügedən inzibati tənbeh vermə haqqında qərardan onun xəbəri olmamış, qərar və inzibati xəta haqqında protokol ona rəsmi qaydada göndərilməmiş, yalnız 17 avqust 2022-ci il tarixdə həmin qərarın surətini və qərarın qəbul edilməsinə əsas olmuş inzibatə xəta haqqında protokolun surətini Gədəbəy rayon İcra və Probasiya şöbəsindən əldə etmişdir. Ona görə də qərardan indi şikayət verməli olmuşdur. Bunu nəzərə alaraq qərardan şikayət verməsi üçün müddətin buraxılmamış hesab edilməsini istəyir. Odur ki, şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. İnzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş şəxs qanunla müəyyən edilmiş qaydada məhkəmə baxışının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə bildirməmiş, məhkəmə baxışının təxirə salınması barədə məhkəməyə vəsatəti daxil olmamışdır. Məhkəmə İXM-nin 133.2.4-cü maddəsinə əsasən, inzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Gədəbəy rayon Polis şöbəsinin X13 Bölməsinin rəisi, polis polkovnik-leytenantı Yaşar İsmayılovun xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərarından görünür ki, X4 xx.xx.2022-ci il tarixdə bilə-bilə yalandan polis orqanını çağırdığına görə İXM-in 564-cü maddəsi ilə 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan 08 mart 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, 26 fevral 2022-ci il tarixdə Gədəbəy rayonu, Qızılqaya kənd sakini X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin 102 xidmətinə məlumat verərək keçmiş həyat yoldaşı 12 yaşlı qızını döyməsi, evində qabları sındıraraq təhqir etməsini bildirmiş və Gədəbəy rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı polis mayoru Novruz Vəliyev tərəfindən araşdırma aparılaraq, əməlində cinayət tərkibi olmadığından X5 barəsində cinayət işinin başlanması rədd edilmiş və X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 564-cü maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti aidiyyəti üzrə rayon X11 Təhlükəsizlik bölməsinə göndərilməsi qərara alınmışdır. İXM-in 100.1-ci maddəsinə əsasən, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən, protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Məhkəmə qərardan şikayət verməsi üçün nəzərdə tutulmuş müddətin buraxılıbburaxılmamasına münasibət bildirərək qeyd edir ki, X2 rayon Polis şöbəsinin X13 Bölməsinin rəisi, polis polkovnik-leytenantı Yaşar İsmayılovun inzibati tənbehin verilməsi haqqında xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından xx.xx.2022-ci il tarixdə məlumatının olduğunu və həmin tarixədək barəsində belə bir qərarın olmasından xəbərinin olmadığını bildirmişdir. xx.xx.2022-ci il tarixdə isə həmin qərardan şikayəti məhkəməyə daxil olmuşdur. Belə olan halda X4 barəsində olan inzibati tənbeh verilməsi haqqında qərardan şikayət verməsi üçün müddət buraxılmamış hesab edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, 08 mart 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən, 26 fevral 2022-ci il tarixdə Gədəbəy rayonu, Qızılqaya kənd sakini X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin 102 xidmətinə məlumat verərək keçmiş həyat yoldaşı 12 yaşlı qızını döyməsi, evində qabları sındıraraq təhqir etməsini bildirmiş və Gədəbəy rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı polis mayoru Novruz Vəliyev tərəfindən araşdırma aparılaraq, əməlində cinayət tərkibi olmadığından X5 barəsində cinayət işinin başlanması rədd edilmiş və X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 564-cü maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti aidiyyəti üzrə rayon X11 Təhlükəsizlik bölməsinə göndərilməsi qərara alınmışdır. Gədəbəy rayon Polis şöbəsinin X13 Bölməsinin rəisi, polis polkovnik-leytenantı Yaşar İsmayılov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X4 İXM-in 564-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə edilməsini qərara almışdır. X1 xx.xx.2022-ci il tarixdə bilə-bilə yalandan polis orqanını çağırması göstərilmişdir. Məhkəmə qeyd edir ki, 08 mart 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda və xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin 102 xidmətinə bilə-bilə yalan məlumat verməsi qeyd edilsə də, X9 araşdırma izahatında X4 arasında mübahisənin olmasını təkzib etməmişdir. X4 da həmin aralarında olan mübahisə ilə əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin 102 xidmətinə məlumat vermişdir. Bu hal isə X3 bilə-bilə yalan məlumat verməsi, yalandan polis orqanını çağırması kimi qiymətləndirilə bilməz. İXM-nin 564-cü maddəsinə əsasən, bilə-bilə yalandan yanğından mühafizə və polis orqanlarını, təcili yardım və ya digər ixtisaslaşdırılmış xidmətləri çağırmağa görə məsuliyyət yaranır. Məhkəmə qeyd edilən hüquq normasına əsasən qeyd edir ki, İXM-nin 564-cü maddəsinə əsasən, bilə-bilə yalandan polis orqanlarını çağırmağa görə məsuliyyət yaranır. Eləcə də, məhkəmə qeyd edir ki, X4 və X9 arasında mübahisənin olması mübahisələndirilmir. X4 yaranmış mübahisənin və həmin münaqişənin daha ciddi xarakter alması ehtimalı olduğuna görə Azərbaycan Respublikasının DİN-nin 102 zəng xidmətinə məlumat vermişdir. X4 bilə-bilə yalan məlumat verməklə bağlı məsuliyyəti haqqında xəbərdar edilməsi barədə məhkəməyə hər hansı sübut təqdim edilmədi. X3 mübahisə ilə əlaqədar DİN-nin 102 zəng xidmətinə məlumat verməsinə görə İXM-nin 564-cü maddəsi ilə məsuliyyəti cəlb edilməsi onun müraciət etmək hüququnun məhdudlaşdırılması kimi qiymətləndirilə bilər. Bu da onu göstərir ki, X3 əməlində İXM-in 564-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri mövcud deyildir. Azərbaycan Respublikası İXM-in 8.3-cü maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 134.1 və 134.1.3-cü maddələrinə əsasən, iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddələrinin tələblərinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Belə olan halda məhkəmə hesab edir ki, X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 564-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməli, Gədəbəy rayon Polis şöbəsinin X13 Bölməsinin rəisi, polis polkovnik-leytenantı Yaşar İsmayılovun inzibati tənbehin verilməsi haqqında xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilməli və X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 564-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 53, 115 və 130-137-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: X3 şikayəti təmin edilsin. Gədəbəy rayon Polis şöbəsinin X13 Bölməsinin rəisi, polis polkovnik-leytenantı Yaşar İsmayılovun inzibati tənbehin verilməsi haqqında xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilsin və X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 564-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar