Məhkəmə qərarları › İş №3(042)-230/2023

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-230/2023

10.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-230/2023 10.07.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X4 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs və onun müdafiəçisi Vəkil, zərərçəkmiş şəxslər X2 və X3 iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Gədəbəy rayon Polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol verməklə xırda xuliqanlıq etmiş və ictimai qaydanın mühafizəsi vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, o, Yevlax rayonunda yaşayır. Fəhləliklə məşğul olur. İki azyaşlı övladı vardır. Uşaqlar hazırda onun himayəsindədir. Uşaqlara o baxır. O, arvadı X1 10 aydır ki ayrılmışdır. Hazırda boşanma ilə əlaqədar məhkəmənin icraatında işləri vardır. O, içkili vəziyyətdə olduğuna görə nalayiq ifadələr işlətmişdir. Əməlindən peşmandır. Keçmiş arvadından və polis əməkdaşlarından üzr istəyir. Həmin vaxt Yevlax rayonundan içkili vəziyyətdə gəlmişdir. Gəlməsi barədə əvvəlcədən keçmiş arvadı S.Əmirliyə demişdir. S.Əmirlinin Gədəbəy rayonu, Novoivanovka kəndində yaşadığı evinə gəldiyi zaman polis əməkdaşları orda olmuşdur. O, polis əməkdaşlarına qarşı heç bir müqavimət göstərməmiş və nalayiq ifadələr işlətməmişdir. Müdafiəçi Vəkil məhkəmə iclasında izahat verərək Şəxs barəsində minumum həddə cərimə cəzasının təyin edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxslər X5 məhkəmə iclasında izahat verərək bildirdi ki, o, Gədəbəy rayonu, Novoivanovka kəndində yaşayır. Onun qardaşı şəhid olmuşdur. Şəxs onun əri olmuşdur. 10 aydır ki ayrı yaşayırlar. Şəxs qumar oynayır, onun qızıl əşyalarını lombarda qoymuş, onların adına kreditlər götürmüşdür. Buna görə də aralarında narazılıq yaranmışdır. Anası xəstədir. Anasına və ona qarşı nalayiq ifadələr işlətmişdir. Şəxs uşaqlarının onda qalmalı olduğunu, əks təqdirdə onu öldürəcəyini bildirmişdir. Ona görə də, uşaqları ona vermişdir. Daha sonra xx.xx.2023-cü il tarixdə Şəxs ona zəng vurmuş onunla barışmasını, yoxsa onu və anasını öldürəcəyini, yaşadıqları evi yandıracağını bildirmiş və onların yaşadığı Gədəbəy rayonu, Novoivanovka yerləşən evlərinə gələcəyini demişdir. Hətta Şəxs dostu ona zəng vuraraq Şəxs onu öldürmək üçün getdiyini bildirmişdir. Ona görə də, məcbur olub DİN-nin 102 xidmətinə zəng vurub bu barədə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları gəlmiş, daha sonra isə Şəxs gəlmiş və polis əməkdaşları Şəxs polis bölməsinə aparmışdır. Şəxs həmin vaxt sərxoş vəziyyətdə olmuşdur. O, Şəxs ona zəng vurmasını və onları narahat etməsini istəmir. Şəxs barəsində tədbir görülməsini istəyir. Zərərçəkmiş şəxs X6 məhkəmə iclasında izahat verərək bildirdi ki, Gədəbəy RPŞ-nin TB-nin təhqiqatçısı vəzifəsində işləyir. Şəxs barəsində raportu o tərtib etmişdir. xx.xx.2023cü il tarixdə rayonun Gədəbəy rayonu, Novoivanovka kənd sakini X5 ayrı yaşadığı həyat yoldaşı Yevlax rayon sakini Şəxs tərəfindən ölümlə hədələnməsi barədə DİN-in 102 xidmətinə və Yeni-Saratovka PB-nə etdiyi şikayət əsasında qeyd olunan ünvana getmişlər. Eyni tarixdə səhər saat 06 radələrində Şəxs sərxoş vəziyyətdə Sevinc Əmirlinin yaşadığı ünvana gəlib münaqişə yaratmasını görmüşlər. Onlar Şəxs nizam-intizama dəvət edib sakitləşməsini və ictimai qaydanı pozmamasını bildirsələrdə daha da aqressivləşərək Sevinc Əmirlinin və polisin ünvanına təhqiramiz söyüşlər söyməyə başlamışdır. Onlar dəfələrlə Şəxs sakitləşməsini tələb etsələrdə sonuncu, öz intizamsız hərəkətlərini davam etdirərək qəsdən polisin qanuni tələbinə tabe olmamışdır. Onlar Şəxs barəsində qanuni tədbir görülməsi üçün saat 08 radələrində Yeni-Saratovka PB-nə gətirmişlər və barəsində qanuni tədbir görülməsi üçün raport tərtib edilmişdir. Daha sonra saat 10:00 radələrində Şəxs Gədəbəy RPŞ-nin inzibati binasına gətirmişlər, inzibati binada olan zaman Şəxs yenə öz intizamsız hərəkətlərini davam etdirərək, nalayiq ifadələr işlədərək Növbətçi hissənin iş fəaliyyətini 5-6 dəqiqə pozaraq öz intizamsız hərəkətlərini davam etdirmişdir. O, Şəxs şikayətçidir. İnzibati xəta üzrə iş materiallarında olan xx.xx.2023-cü il tarixdə Gədəbəy rayon Polis şöbəsinin sahə rəisi, X7 tərəfindən tərtib edilmiş MN ******* №-li inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə polis əməkdaşlarının ünvanına təhqir edici söyüşlər söyərərək, polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. İş materiallarında olan “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” Protokolundan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 10:15 radələrində sərxoş olmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Şəxs xx.xx.2023-cü il tarixdə polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol verməklə xırda xuliqanlıq etmiş və ictimai qaydanın mühafizəsi vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu zərərçəkmiş şəxslərin izahatları, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatı, inzibati xəta haqqında protokol və işdə olan digər sənədlərlə sübuta yetirilir. İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət müəyyən edir. İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət müəyyən edir. Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi onun müdafiəçisini və zərərçəkmiş şəxsləri dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta əməllərini törətmişdir. Ona görə də o, sanksiyasında daha ciddi inzibati tənbeh nəzərdə tutulmuş Azərbaycan Respublikası İXMnin 535.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməlidir. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələrinin sanksiyası həddində həbs inzibati tənbehinin tətbiq edilməsi daha ədalətli və məqsədəmüvafiqdir. İş materiallarında olan inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 10:15 radələrində inzibati qaydada tutulmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 20 gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 08 iyul 2023-cü il tarix, saat 10:15-dən hesablansın. Qərarın icrası Gədəbəy rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar