Məhkəmə qərarları › İş №3(042)-232/2024

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-232/2024

30.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-232/2024 30.08.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X6 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs və onun müdafiəçisi Vəkil, zərərçəkmiş şəxslər X3 və X4 iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Gədəbəy rayonu, Novoivanovka kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Gədəbəy rayonu, Novoivanovka kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Gədəbəy rayon Polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs xx.xx.2024-cü il tarixdə Gədəbəy rayonu, Novoivanovka kəndində sərxoş vəziyyətdə küçədə uca səslə nalayiq ifadələr işlədərək zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol verməklə xırda xuliqanlıq etmiş və ictimai qaydanın mühafizəsi vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, o, Gədəbəy rayonu, Novoivanovka kəndində yaşayır. Təsərrüfatla məşğul olur. xx.xx.2024-cü il tarixdə o heyvan otaran zaman spirtli içki qəbul etmişdir. Həmin gün evə gələn zaman sərxoş vəziyyətdə olduğuna görə atası onunla mübahisə etmişdir. Buna görə atası ondan polisə şikayət etmiş və polis əməkdaşları gəlmişdir. O sərxoş vəziyyətdə olduğundan söyüşlər söyməsi və polis əməkdaşlarına tabe olmaması yadında qalmamışdır. Özünü təqsirli bilir. Müdafiəçi Vəkil məhkəmə iclasında izahat verərək Şəxs barəsində həbslə əlaqədar olmayan inzibati tənbehin tətbiq edilməsini xahiş etdilər. Zərərçəkmiş şəxs X7 məhkəmə iclasında izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə Yeni Saratovka PB- nin inzibati ərazisində Yeni Saratovka PB-nin sahə polis nəfəri polis serjantı X8 ilə birlikdə xidmətdə olduğu zaman saat 18:28-də Gədəbəy rayonu Novo Saratovka kənd sakini X1 Saratovka PB-nə müraciət edərək oğlu Şəxs sərxoş vəziyyətdə evə gələrək mübahisə yaratmasını, küçədə onu, arvadını və yoldan keçənləri təhqir etməsini, bu halın əvvəllərdə baş verməsini bildirmişdir. X2 müraciət əsasında Novo Saratovka kəndində yerləşən evində olmuşlar. Ünvanda olduqları zaman Gədəbəy rayonu Novo Saratovka kənd sakini Şəxs uca səslə nalayiq ifadələr işlətdiyini görüb Şəxs yaxınlaşıb özlərini təqdim etmişlər, onu söyüş söyməməyə ictimai qaydanı pozmamağa, nizam-intizama dəvət etmişlər. Lakin Şəxs sərxoş vəziyyətdə olduğundan yenə öz intizamsız hərəkətlərini davam etdirərək polisin də ünvanına nalayiq ifadələr işlətmişdir. Onlar həmin şəxsi təkrar olaraq nizam-intizama dəvət etsələr də, o, öz intizamsız hərəkətlərini davam etdirmiş, yenidən uca səslə polisə və ətrafdan keçən şəxslərə qarşı nalayiq ifadələr işlədərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Onlar Şəxs barəsində tədbir görülməsi üçün Polis bölməsinə gətirmişlər. Şəxs Polis bölməsində də öz intizamsız hərəkətlərini davam etdirərək bölmənin iş rejiminə maneçilik törətmişdir. Zərərçəkmiş şəxs X8 məhkəmə iclasında zərərçəkmiş şəxs X7 ilə eyni məzmunlu izahat verdi. İnzibati xəta üzrə iş materiallarında olan xx.xx.2024-cü il tarixdə Gədəbəy rayon Polis şöbəsinin X13 Bölməsinin sahə rəisi, X7 tərəfindən tərtib edilmiş MN ******* №-li inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə sərxoş vəziyyətdə küçədə uca səslə polisin və digər şəxslərin ünvanına söyüş söymüş, polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. İnzibati xəta üzrə iş materiallarında olan alkotestrlə yoxlamanın nəticəsi olan vərəqdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə sərxoş olmuşdur. İşdə olan Gədəbəy RPŞ-nin X13 Bölməsinin vəzifəli şəxsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, Şəxs İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinmiş və ona 50 manat məbləğində cərimə inzibati tənbehi tətbiq edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Şəxs xx.xx.2024-cü il tarixdə Gədəbəy rayonu, Novoivanovka kəndində sərxoş vəziyyətdə küçədə uca səslə nalayiq ifadələr işlədərək zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol verməklə xırda xuliqanlıq etmiş və ictimai qaydanın mühafizəsi vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bu zərərçəkmiş şəxslərin izahatları, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatı, inzibati xəta haqqında protokol və işdə olan digər sənədlərlə sübuta yetirilir. İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət müəyyən edir. İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət müəyyən edir. Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, onun müdafiəçisini və zərərçəkmiş şəxsləri dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta əməllərini törətmişdir. Ona görə də o, sanksiyasında daha ciddi inzibati tənbeh nəzərdə tutulmuş Azərbaycan Respublikası İXMnin 535.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 33.1.1 və 33.1.2.-ci maddələrinə əsasən, səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi və inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi İnzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hallar hesab edilir. Məhkəmə qeyd olunan hüquq normalarına əsasən, Gədəbəy RPŞ-nin X13 Bölməsinin vəzifəli şəxsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinərək inzibati qaydada cərimə edilməsindən bir il müddət keçmədən təkrarən eyni əməli törətməsini və inzibati xətanı sərxoş vəziyyətdə törətməsini Şəxs inzibati tənbeh tətbiq edilərkən məsuliyyətini ağırlaşdıran hallar hesab edir. Azərbaycan Respublikası İXM-in 32.1-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı, inzibati xətanın yetkinlik yaşına çatmayanlar tərəfindən törədilməsi, inzibati xətanın hamilə qadın və ya himayəsində azyaşlı uşağı olan qadın tərəfindən törədilməsi, inzibati xətanın fiziki və ya psixi məcburiyyət təsiri altında, yaxud maddi, xidməti və ya sair cəhətdən asılılıq nəticəsində törədilməsi, inzibati xətanın zəruri müdafiənin və ya son zərurətin bu Məcəllə ilə müəyyən edilmiş şərtlərini pozmaqla törədilməsi və inzibati xətanın zərər çəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi məsuliyyəti yüngülləşdirən hallar hesab edilir. Məhkəmədə Şəxs barəsində inzibati tənbeh tətbiq edilərkən onun məsuliyyətini yüngülləşdirən hər hansı hal müəyyən edilmədi. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, məsuliyyətini ağırlaşdıran halın olmasını, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələrinin sanksiyası həddində həbs inzibati tənbehinin tətbiq edilməsi daha ədalətli və məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 15 gün müddətinə inzibati həbs inzibati tənbehi təyin edilsin. İnzibati həbs müddətinin əvvəli 29 avqust 2024-cü il tarix, saat 19:10-dan hesablansın. Qərarın icrası Gədəbəy rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti tərəflərə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar