Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-233/2022 22.08.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs, zərər çəkmiş şəxs X2 və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gədəbəy rayon Polis şöbəsinin əməkdaşı polis kapitanı X3 iştirakları ilə, xx.xx.1965-ci il tarixdə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Gədəbəy rayonu, Dəyəqarabulaq kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Gədəbəy rayon Polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.4-cü maddələri ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs idarə etmək hüququ olmadan 20 avqust 2022-ci il tarixdə idarə etdiyi “VAZ 21064 minik” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gədəbəy rayonu, Slavyanka kəndində hərəkətdə olarkən qarşı tərəfdən gələn X2 etibarnamə əsasında idarə etdiyi “VAZ 21061 minik” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yoluna çıxaraq toqquşaraq, sonuncuya maddi zərər vurmuş və Gədəbəy rayon Polis şöbəsinin əməkdaşı, polis kapitanı Rufan Həsənov tərəfindən Şəxs barəsində İXM-in 327.2 və 332.4-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə 20 avqust 2022-ci il tarixli, İXP ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək, İXM-nin 43-cü maddəsinə əsasən aidiyyəti üzrə baxılması üçün Gədəbəy rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəxs bildirdi ki, o, Gədəbəy rayonu, Dəyəqarabulaq kəndində qeydiyyatda olmaqla yaşayır. O, 20 avqust 2022-ci il tarixdə idarə etdiyi “VAZ 21064 minik” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gədəbəy rayonu, Slavyanka kəndində hərəkətdə olarkən qarşı tərəfdən gələn X2 idarə etdiyi “VAZ 21061 minik” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yoluna çıxaraq bilməyərəkdən toqquşmuşdur. Hadisə zamanı heç bir bədən xəsarətləri almamışdır. O, təqsirini səmimi etiraf edir. Ona görə də barəsində daha yüngül cəza tətbiq edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gədəbəy rayon Polis şöbəsinin əməkdaşı polis kapitanı X5 məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəxs idarə etmək hüququ olmadan 20 avqust 2022-ci il tarixdə idarə etdiyi “VAZ 21064 minik” markalı **-BV- *** dövlət qeydiyyat nişanlı avtomobillə Gədəbəy rayonu, Slavyanka kəndində hərəkətdə olarkən qarşı tərəfdən gələn X2 etibarnamə əsasında idarə etdiyi “VAZ 21061 minik” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yoluna çıxaraq toqquşmuşdur. Hadisə nəticəsində "xxxx" ASC tərəfindən verilmiş ziyan aktına əsasən, “VAZ 21061 minik” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 715 manat məbləğində ziyan dəymişdir. Bununla da Şəxs İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.4-cü maddələri ilə inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs X6 məhkəmə iclasında bildirdi ki, Şəxs 20 avqust 2022-ci il tarixdə idarə etdiyi “VAZ 21064 minik” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gədəbəy rayonu, Slavyanka kəndində hərəkətdə olarkən qarşı tərəfdən gələn onun etibarnamə əsasında idarə etdiyi “VAZ 21061 minik” markalı **- BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yoluna çıxaraq toqquşmuşdur. Hadisə nəticəsində bədən xəsarəti almamışdır. Lakin, toqquşma nəticəsində ona ziyan dəymişdir. İş materiallarında olan 20 avqust 2022-ci il tarixli, İXP ******* №-li İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs İXM-in 327.2 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş əməlləri törətmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş ziyan aktından görünür ki, “VAZ 21061 minik” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 715 manat ziyan dəymişdir. İş materiallarında olan Gədəbəy RPŞ DYPB tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Azərbaycan Respublikası DİN-in BDYPİ-nin mərkəzi məlumat serverində yoxlama zamanı Gədəbəy rayonu, Slavyanka kəndində yaşayan Şəxs minik avtomobilləri idarə etməsi üçün B kateqoriyasının olmadığı müəyyən edilmişdir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının qanunun 34-cü maddəsinin İV-cü bəndinə əsasən, “B” kateqoriyası – “A” kateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kq-dan, oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə 8dən artıq olmayan avtomobilləri, qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “B” kateqoriyasından olan avtomobilləri nəqliyyat vasitələrini idarə etmək üçün verilir. Şəxs “VAZ 21064 minik” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobili 20 avqust 2022-ci il tarixdə idarə edərkən sürücülük vəsiqəsinin “B” kateqoriyasının olmadığından onun həmin nəqliyyat vasitəsini idarə etmək hüququ olmamışdır. Şəxs əməli İXM-nin 327.2 və 332.4-cü maddələri ilə düzgün tövsif edilmişdir, eyni zamanda həmin əməli törətməsi iş materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 120-ci maddəsinə əsasən bu Məcəllənin 327-348ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. İnzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. Həmin Məcəllənin 34-cü maddəsinin 1-ci bəndinə əsasən: Bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. 2-ci bəndinə əsasən: Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 3-cü bəndinə əsasən: şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 327.2-ci maddəsinə əsasən, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - altmış manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.4-ci maddəsinə əsasən, bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 332.2-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə məsuliyyət müəyyən edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini, maddi vəziyyətini və işin digər hallarını nəzərə alır, belə nəticəyə gəlir ki, inzibati xəta törətməkdə təqsirləndirilən şəxs barəsində İXM-nin 34-cü maddəsinin tələbləri rəhbər tutulmaqla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyası həddində cərimə inzibati tənbehinin tətbiq edilməsi daha ədalətli və məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11, 40, 43, 48-51, 61, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.4-cü maddələri ilə təqsirli bilinib 400 manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icra edilməsi Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-233/2022
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-233/2022
22.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver